Fəhlə kombaynın altında qaldı
Bizi izləyin

Qırmızı.az

Fəhlə kombaynın altında qaldı

Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Türkan qəsəbəsində yerləşən daş karxanalarının birində qeydə alınıb. Bakı şəhər sakini Bəxtiyar Mirzəyev daş emal edən kombaynın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm