Kəmaləddin Heydərov Şirvana gedir
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Şirvana gedir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla avqustun 28-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, qəbulda Şirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin binasında (ünvan: Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 15) avqustun 27-sı saat 09:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Qəbul saat 11:00-dan başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm