• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

TQDK-dan YENİLİK - sual kitabçaları abituriyentlərə verilməyəcək

TQDK-dan YENİLİK - sual kitabçaları abituriyentlərə verilməyəcək

Bu il qəbul və buraxılış imtahan prosesində texniki yeniliklər tətbiq ediləcək. Yeniliyə əsasən, yaxın illərdə sual kitabçalarının şagirdlərə verilməməsi nəzərdə tutulur.

Publika.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda cavab kartı yalnız həmin imtahan iştirakçısına məxsus olur. Bu ildən sual kitabçaları da unikaldır. Hər sual kitabçasının üzərində həmin abituriyentin adı, soyadı qeyd olunur.

“İndiyə kimi şagirdlərə imtahanda 4 variantda "Sual kitabçaları" təqdim edilib. Yalnız "Cavab kartları" unikal olub, yəni onlar sırf şagirdlərin özlərinə məxsus olub. Bu il ilk dəfə olaraq, imtahanda şagirdlərə təqdim edilən "Sual kitabçaları"nda onların adları, kodları qeyd ediləcək”.

TQDK sədri bu yeniliyin əhəmiyyətindən də danışıb və bildirib ki, bu, gələcəkdə yeni növ imtahanların keçirilməsinə imkan verəcək.

“Bu texnologiya gələcəkdə yeni növ imtahanların keçirilməsinə imkanı verəcək. Xüsusən yazı işləri, açıq sualların qiymətləndirilməsində mühüm rol oynayacaq. Gələcəkdə təkcə cavab kartı deyil, sual kitabçaları da yığılacaq. Yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalardan istifadə edəcəyik. Ola bilsin ki, yaxın illərdə yeni texnologiyalardan istifadə edək. Artıq sınaq imtahanında bu kitabçalardan istifadə edilib. Buraxılış imtahanında da istifadə ediləcək. Bu yenilik eyni zamanda abituriyentlərin sual kitabçalarını bir-birinə ötürməsinə mane olacaq. Çünki hazırkı durumda nəzarətçi müəllim bunu müəyyən edə bilmirdi. Bu yenilik köçürmə prosesnin qarşısını alacaq. Düzdür, artıq köçürmə halları azalıb. Əvvəlki illərin məzunları üçün keçirilən imtahanda 30 min abituriyent arasında 2 köçürmə halı qeydə alınıb”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR