Sosial
Ukraynada "qara yara" HƏYƏCANI - Azərbaycan üçün TƏHLÜKƏ varmı?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Ukraynanın Sumı vilayətində heyvanlar arasında aşkarlanan "qara yara" xəstəliyinin Azərbaycana keçmə və belə xəstə heyvanların ölkəmizə gətirilə bilmə ehtimallarına aydınlıq gətirib.
DBNX-nin mətbuat katibi Yolçu Xanvəli Ukraynada aşkarlanan xəstəliyin ölkəmiz üçün təhlükəli olmadığını deyib.
O bildirib ki, çünki Azərbaycana yalnız epizootik vəziyyətin sağlam olduğu ərazilərdən diri heyvan və heyvan ətləri gətirilir: "Sumı vilayətindən isə ölkəmizə diri heyvan və heyvan ətləri gətirilmir. Bu məsələ tam nəzarətdə saxlanılır. Heyvanlar gətirilməmişdən əvvəl həmin ölkədə, daha sonra isə Azərbaycanın özündə karantində saxlanılır. Fermerlərə yalnız sağlam heyvan verilir".
Qeyd edək ki, emal müəssisələri Azərbaycana xaricdən iribuynuzlu heyvan ətləri - çamış, inək, donuz ətləri və donuz piyi, quş ətləri gətirirlər. Hazırda iribuynuzlu heyvan ətləri Azərbaycana Ukrayna, Gürcüstan və Rusiyadan, camış ətləri isə daha çox Hindistandan gətirilir.
Xatırladaq ki, Ukraynanın Sumı vilayətində heyvanlar arasında "qara yara" xəstəliyinin aşkarlanması ilə əlaqədar Rusiyanın sərhədlərində əl yükləri ciddi yoxlanılır və həmin yüklərdə aşkarlanan ət məhsullarının Rusiya ərazisinə keçirilməsinə icazə verilmir. İyulun 6-dan 16-a kimi Rusiya sərhəddində əl yükündə aşkarlanmış 41 kq ət məhsulları saxlanılıb. (trend)
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar






.jpg)































