• USD 1,7000 0,00% EUR 2,1043 +0,01%
    • GBP 2,4138 -0,71% RUB 0,0280 +1,43%

Ermənistan vətəndaş müharibəsinin BİR ADDIMLIĞINDA - Mərkəzi küçələr bağlanır (YENİLƏNDİ)

  • Cənubi Qafqaz
  • Xəbərin vaxtı: 16 Aprel 2018 10:51    Yeniləndi: 17 Aprel 2018 01:18
  • 4 788 Baxış
Ermənistan vətəndaş müharibəsinin BİR ADDIMLIĞINDA - Mərkəzi küçələr bağlanır (YENİLƏNDİ)

Yerevanda etiraz aksiyası keçirən mitinqçilər paytaxtın mərkəzi küçələrini bağlayıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilir ki, etirazçılar Tumanyan-Abovyan küçələrinin yolayrıcını bağlayıblar. Bundan sonra isə "Respublika" meydanını bağlamağa cəhd göstərərək, "Şimal" prospekti istiqamətində hərəkət ediblər.

Hazırda aksiyaçılar Maştoç və Amiryan küçələrinin yolayrıcını bağlayıblar.

Aksiyaçıların hərəkəti zamanı sürücülərlə mitinqçilər arasında kiçik toqquşmalar olub.

***

“Elk” fraksiyasının lideri Nikol Paşinyan etirazçıları Ermənistan parlamentin binasına aparan bütün giriş və çıxışları bağlamağa çağırıb.

Bu barədə N.Paşinyan Fransa meydanında keçirilən mitinqdə deyib.

O, aksiyanın daha irimiqyaslı şəkildə keçirilməsi üçün şəhər və kəndlərdə əsas avtomobil yollarını bağlamağa çağırıb. Etirazçılar Fransa meydanında gecələməyə qərar veriblər.

***

Ermənistan paytaxtının mərkəzində vəziyyət kəskin kəskinləşib. Polislər gözyaşardıcı qaz tətbiq ediblər

“Vətəndaş müqaviləsi” Partiyasının lideri Nikola Paşinyan və başqa nümayişçilər tikanlı məftilləri keçə biliblər. Bundan sonra polislər xüsusi vasitələr, həmçinin gözyaşardıcı qaz tətbiq ediblər.

“Mənim addımım” təşəbbüsünün lideri Nikola Paşinyan gözyaşardıcı qazdan təsirləndiyi üçün xəstəxanaya çatdırılıb.

***

Baqramyan prospektində polislə etirazçılar arasında toqquşma baş verib. Etirazçılar toqquşma zamanı polis kordonunu yarmağı bacarıblar. Onlar Konstitusiya Məhkəməsinin qarşısına toplaşıblar.

***

Yazıçılar İttifaqının binasından parlament binasına qədər olan ərazidə dubinkalar və qalxanlarla təchiz edilən polislər cəmlənib.

Hazırda Fransa meydanında mitinq davam edir. Nikola Paşinyanın başçılıq etdiyi nümayişçilər Bapramyan prospekti üzrə Ermənistanın parlament binasına gedirlər.

“İndi parlamentin 4 deputatı siz müşayiət edəcək. Orada duran polislər bizim qardaşımızdır. Bu siyasi mübahisədir, bizdə nə dəyənək, nə də daş var. Bizim yalnız sevgi, hörmət və ümidimiz var. Biz heç bir zorakılıq tətbiq etməyəcəyik”, - deyə o bildirib.

****

Paşinyan tərəfdarlarını küçələri tərk etməyə və Fransa meydanına toplaşmağa çağırıb.

Publika.az xəbər verir ki, bu haqda news.am yazıb.

“Şəhərin müxtəlif küçələrini kəsən həmyerlilərimiz indi onları tərk edə və bizə qoşula bilərlər. Biz Fransa meydanındayıq”, - o bildirib.

O, vətəndaşları ürəkləndirib ki, meydanda yüz minlərlə insan toplaşacaq.

Qeyd edək ki, Fransa meydanı İrəvanın əsas mərkəzi küçəsi sayılır, bir neçə prospekt burada kəsişir.

Məlumata görə, qarşıdurmaların gedişatında bir tələbənin almacıq sümüyü sınıb.

****

Koryuna küçəsində nümayişçilər Yerevan Dövlət Baza Tibbi Kollecinin tələbələrini onlara qoşulmağa çağırıblar. Bunanın qapılarının bağlı olduğunu görən Paşinyanın tərəfdarları zorla qapıları açaraq içəri daxil olublar. Tələbələrə çağırışı çatdıran nümayişçilər sonra binadan çıxıblar və yürüşü davam etdiriblər.

Etirazçılar həmçinin İrəvan Pedoqoji Universitetinə daxil olublar. Paşinyan həmçinin universitetin müxtəlif mərtəbələrinə çıxaraq, tələbələri onlara qoşulmağa səsləyib.

***

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı keçirilən aksiyalar genişlənməkdədir.

Publika.az news.am saytına istinadən xəbər verir ki, Yerevanın bir neçə mərkəzi küçəsini bağlayan tələbələr və polis arasında toqquşmalar baş verib.

Nümayişçilər polisdən vətəndaşların yerdəyişməsi hüququnun məhdudlaşdırılmamasını tələb edirlər.

Qeyd edək ki, aprelin 13-də “Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan Serj Sarkisyanın mümkün baş nazirliyinə qarşı etiraz əlaməti olaraq gecə-gündüz aksiyasına başlayıb. Aksiya iştirakçıları prezident administrasiyası və parlament binalarının yerləşdiyi Baqramyan prospekti də daxil olmaqla, şəhərin mərkəzi küçələrini, o cümlədən ətraf rayonları şəhərin mərkəzi ilə bağlayan yolları bağlayıblar. Paytaxtda hərəkət artıq üçüncü gündür ki, iflic olub.

İşə tələsən insanlar yaranmış vəziyyətdən şikayət etsələr də, Paşinyan narahatlığa görə üzr istəyib və aksiyanın nə üçün keçirildiyini xatırladıb.

“Biz vətəndaşlardan üzr istəyirik. Amma biz bu kiçik narahatlıqla ən böyük narahatlıqdan – Serj Sarkisyan və Respublika Partiyasından qaçmağa çalışırıq”, - Paşinyan bildirin.

Onun sözlərinə görə, tezliklə başqa küçələrdə də hərəkət kəsiləcək.

Öz növbəsində, polis nümayişçilərin Baqramyan prospekti üzrə irəliləyişinin qarşısını almaq üçün aksiyanın keçirildiyi yerləri mühasirəyə alıb.

Ermənistan KİV-inin yazdığına görə, Paşinyanın tərəfdarları “Yeritasardakan” metro stansiyasında hərəkəti bloklamağa çalışıblar. Onlar vaqonların qapılarının arasında uzanıblar. Polislər onları metro stansiyasından uzaqlaşdıra bilib. Bəzi xəbərlərə görə, metronun işi hazırda dayandırılıb.

Paşinyan bildirib ki, aksiyanın son məqsədi vətəndaşların maksimal sayının cəlb edilməsi ilə aprelin 17-də Serj Sarkisyanın baş nazirliyi üçün səs verəcək parlamentin işini iflic etməkdir.

Onun sözlərinə görə, əgər Ermənistan parlamentindən kənarda iclas baş tutsa, Yerevanı öz nəzarəti altına alacaqlar.

“İrəvan həqiqətən Ermənistan Respublikasının vətəndaşlarının paytaxtı olacaq. Biz hər şeyi bloklayacağıq. Hədəfimiz parlamentin sabahkı iclasına maneə yaratmaq və vətəndaşların küçədə olmasını təmin etməkdir”, – erməni deputat bildirib.

Parlament üzvü bütün tərəfdarlarını parlament binasının ətrafına toplaşmağa çağırıb. Öz növbəsində, hüquq-mühafizə orqanları parlamentin binasına yaxınlaşmağı mitinq edənlərə qadağan edib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>