Tabloid.az
Eldar Quliyev: “Heydər Əliyev tapşırdı ki, bir milyon ayırın...” - FOTOLAR
Ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, Azərbaycan kinosunun inkişafında da xüsusi xidmətləri olub.
Dünyanın heç bir ölkəsində kinoya Azərbaycanda olduğu qədər dövlət dəstəyi göstərilmir. Bu dəstək və qayğı ulu öndərimizdən gəlib. Uzun illər yaranmasına baxmayaraq, Azərbaycanda kino günü qeyd olunmurdu. 2000-ci il dekabrın 18-də Heydər Əliyevin tarixli sərəncamı ilə 1898-ci il avqustun 2-də Azərbaycanda ilk kinosüjetlərin nümayişini, eləcə də kino işçilərinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərini nəzərə alaraq, 2 avqust - Azərbaycan kinosu günü, kino işçilərinin peşə bayramı elan edildi. Ölkə başçısı həmin gün Azərbaycan kino xadimlərinin böyük bir qrupuna fəxri adların verilməsi barədə də fərman imzaladı.
Heydər Əliyev mədəniyyətimizin hamisi idi. Ulu öndərin çox sevdiyi “Ad günü” filmində rol alan xalq artisti Hacı İsmayılov onunla bağlı xatirələrini Publika.az-la paylaşır:
“Ulu öndərimiz istənilən mədəniyyət hadisəsini yüksək qiymətləndirirdi. Yaradıcı insanlara xüsusi qayğı göstərirdi. Yadımdadır ki, “Ad günü” filminə baxıb çox bəyənmişdi. O vaxt SSRİ-nin İrandakı səfiri Vinoqradov Moskvaya gedərkən yolunu Bakıdan salmışdı. Ulu öndərimiz onunla birgə “Ad günü” filminə baxmışdı. Vinoqradov İrana qayıdanda ulu öndərimizdən xahiş etmişdi ki, filmin bir nüsxəsini onlara versinlər. Film həmin vaxt Dövlət Mükafatına layiq görülmüşdü. O mükafatı ulu öndərimiz şəxsən özü bizə təqdim etdi. Həmin gün həyatımın ən unudulmaz günü kimi yadımda qalıb. Ulu öndərimiz yalnız kinoya deyil, Azərbaycanın bütün sahələrinə diqqət və qayğı göstərirdi. Bu diqqət və qayğı bu gün də davam edir. Onun siyasətinin layiqli davamçısı İlham Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman diqqət və qayğı göstərir”.
Hər il dövlətin maliyyəsi hesabına Azərbaycanda çoxlu sayda filmlər çəkilir. Tarixə nəzər salsaq görərik ki, milli kinomuzun şedevrləri sayılan əksər filmlərimizin - “Bir cənub şəhərində”, “İstintaq”, “Babək”, “Nəsimi” və s. ekran həyatı qazanması birbaşa ulu öndərin xidmətidir.
Ümummilli liderimiz H.Əliyevin "Bir cənub şəhərində" filmi ilə bağlı xatirələrinə nəzər salaq: ““Bir cənub şəhərində” filmi çəkiləndə mən DTK-da işləyirdim. Bu filmin yaranması böyük səs-küy doğurmuşdu. Deyirdilər ki, belə olmaz, bu, bizi ləkələyir, korlayır. Rəhmətlik Cəfər Cəfərov da mənə zəng elədi ki, belə bir məsələ var, xahiş edirəm, sən də baxasan, münasibət bildirəsən. Mənə də çox siqnallar, materiallar, şikayətlər gəldi ki, bu, xalqımızı ləkələyir. Xatirinizdədir, mən kinostudiyaya gəldim, filmə baxdım. Yenə də Şolokovun onun qarşısını Moskvada nə üçün aldığını sizə deyim. Yadınızdadırmı, filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər.
Şolokov demişdi ki, nə təhər ola bilər, milis işçisi bir manat pul alır? Belə şey olmaz. Filmi buraxmırdı. Biz filmi buraxdırdıq və hesab edirəm ki, o, bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu”.
Rejissor R.Ocaqovun çəkdiyi "İstintaq" bədii filmi də yeni istiqamətli kino məhsullarından idi. Film nəinki Azərbaycan, həm də bütövlükdə sovet kinematoqrafiyasında hadisəyə çevrildi.
Mərhum rejissorumuz Rasim Ocaqov müsahibələrində deyirdi ki, “İstintaq” bədii filminin ideyasını H.Əliyev verib, bu kino əsəri ekrana çıxarılana qədər qarşısına çıxan bütün maneələri də o özü dəf edib. Film 1980-ci ildə Düşənbədə keçirilən XIII Ümumittifaq kinofestivalında ən yaxşı bədii filmə görə baş mükafat aldı, 1981-ci ildə isə yaradıcı qrup SSRİ Dövlət mükafatına layiq görüldü.
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin - partizan “Mixaylonun” şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, onun haqqında əvvəlcə “Uzaq sahillərdə” əsərinin yazılması, sonra bu barədə hərbi-vətənpərvərlik filminin çəkilməsi ideyası da ümummilli liderə məxsusdur.
Xalq artisti Eldar Quliyev Publika.az-a ulu öndərin Azərbaycan kinosuna qayğısından danışır:
“Ulu öndər Azərbaycanda tarixi filmlərin çəkilməsinə xüsusi diqqət göstərirdi. O istəyirdi ki, çoxlu sayda tarixi filmlərimiz çəkilsin. Dünyaya çıxsın və dünya görsün ki, Azərbaycan necə milli-mənəvi dəyərlərə malik, gözəl adət-ənənəsi olan bir xalq olub. Xalqın, millətin tanıdılması yolunda onun əməyi danılmazdır. Yadımdadır ki, hətta “Babək” filminin çəkilişi ilə bağlı yaradıcı qrupa mane olmaq istədilər. Bəziləri bu filmin çəkilməsinin əleyhinə idilər. O zaman ulu öndər işə qarışdı. Filmin çəkilişləri başlandı. Moskvanın verdiyi vəsaitdən əlavə filmə respublika büdcəsindən 1 milyon rubl ayırdı. Bu pulun hesabına filmin çəkilişləri üçün 1 mindən çox silah-sursat, hərbi geyimlər hazırlandı, kütləvi səhnələr çəkildi”.
E.Quliyev danışır ki, Azərbaycan kinosunun inkişafı üçün ulu öndər xaricdən kino texnikası gətirtmişdı:
“Azərbaycan kinosunun inkişafı üçün ulu öndər xaricdən kino texnikası gətizdirmişdı. O texniki avadanlıqdan Sovetlər İttifaqında üç ölkədə vardı. Ulu öndər fenomen şəxsiyyət idi. O, musiqini, rəssamlığı, kinonu beş barmağı kimi bilirdi. Fenomen yaddaşa malik idi, bütün Azərbaycan filmlərinə baxmışdı. Kinonu kinematoqrafçılardan, rəsmi rəssamlardan, musiqini musiqiçilərdən gözəl bilirdi və duyurdu. Onun mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğını unutmaq mümkünsüzdür. Nə qədər sənət adamına evlər verdi, fəxri adlar, təqaüdlərlə təmin elədi. Bu gün də bu ənənəni onun siyasətinin layiqli davamçısı İlham Əliyev davam etdirir”.
… Bu gün də ekranlarımızı bəzəyən, milli kinomuzun ən gözəl inciləri sayılan filmlərimizə baxanda ulu öndərimizin ruhuna minnətdarlıq edirik.
Cəvahir Səlimqızı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı