İlkin variantdan fərqlidir: Kremldən Trampın Ukrayna planına reaksiya
Bizi izləyin

Dünya

İlkin variantdan fərqlidir: Kremldən Trampın Ukrayna planına reaksiya

Amerikanın Ukraynaya dair sülh planının dərc olunmuş mətninə düzəlişlər davam edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Bundan əvvəl ABŞ administrasiyası Ukrayna münaqişəsinin həlli planının işlənib hazırlandığını elan edərək, işlərin davam etdiyi üçün onun detallarının hələ açıqlanmadığını vurğulamışdı. Kreml Rusiyanın danışıqlara açıq olduğunu və müzakirələrə sadiq qaldığını təsdiqləyib.

Peskovun sözlərinə görə, sənədin əvvəllər qeyri-rəsmi olaraq Rusiya tərəfinin əldə etdiyi variantda “artıq dəyişikliklər edilib”. O, həmçinin qeyd edib ki, hazırda ABŞ və Ukrayna arasında Trampın layihəsi üzərində iş gedir.

Moskvanın gələcək hərəkətləri ilə bağlı sualları cavablandıran Peskov bəyan edib ki, zaman keçdikcə Rusiya Amerikanın təkliflərinin əsaslı təhlilinə başlayacaq.

"Vaxtı gələndə biz bu məsələyə ətraflı toxunacağıq", - Kreml sözçüsü qeyd edib.

O, təsdiqləyib ki, Rusiya tərəfi hələ də Trampın layihəsini danışıqlar üçün potensial yaxşı vasitə hesab edir.

“Hazırda substantiv olan yeganə şey Amerika layihəsi, Tramp layihəsidir”, - Peskov bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm