• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Darojka”, üzgüçülük, fitnes, aerobika, tennis oynayan şou-biznes

“Darojka”, üzgüçülük, fitnes, aerobika, tennis oynayan şou-biznes

Sağlam və şarmlı görünməyin əsas resepti idmandır.

Şou-biznesdə isə normal çəkiyə sahib olmağa çalışan simalar olduqca çoxdur. Adətən bu şou nümayəndələrin yaşam tərzi, geyimi, qalmaqalları, yenilikləri daim müzakirə olunur. Maraq kəsb edən əsas amillərdən biri isə şou simalarının hansı idman növü ilə məşğul olmasıdır.

Xalq artisti Flora Kərimova əvvəllər idmanla məşğul olsa da son zaman bu məşğuliyyətinə fasilə verib. Belə ki, hələ də forumda görünən xalq artisti bunun səbəbini qida rasionunu düzgün seçməsində görür.

Xalq artisti Brilliant Dadaşova daim idmanla məşğul olan məşhurlar sırasındadır. Xalq artisti ən çox “darojka” ilə məşğul olur. Müğənni əl və qol əzələlərini möhkəmləndirmək üçün qanterlərdən də istifadə edir. İdmanı yaşam tərzinin bir hissəsi adlandıran Brilliant idman etməyəndə özünü pis hiss etdiyini deyir.

Caz ifaçısı Emma Ələkbərzadə konkret idman növü ilə məşğul olmur. Piyada gəzməyin əsl idman olduğunu qeyd edən ifaçı gəzintiyə çox vaxt ayırır.

Müğənni Elnarə Xəlilova qidalanmasına diqqət yetirən, idmanla məşğul olan cəngavər müğənnilərdəndir. Aerobika, fitnes və üzgüçülüklə məşğul olan müğənni hər bir idman hərəkətinin sosial şəbəkədə fotolarını paylaşaraq sevənlərinə pulsuz idman dərsi keçir.

Müğənni Roza Zərgərli də idman edən məşhurlar siyahısındadır. Belə ki, sənətçi iş çoxluğundan yalnız həftə içi 3 dəfə fitnes ilə məşğul olur.

Müğənni İradə İbrahimova həftə ərzində 3-4 dəfə idmanla məşğul olur. Ən çox tennis oynamağı sevən sənətçi konkret bir idman növü ilə məşğul olmur.

Gözəl teleaparıcı Vüsalə Əlizadə isə heç bir idman növü ilə məşğul olmur. İş rejiminin gərginliyindən idmana vaxt ayırmayan Vüsalə elə bu hərəkətliliyini idman növü hesab edir.

5 il sərbəst güləşlə məşğul olan əməkdar artist Abbas Bağırov üç il fitnes və üzgüçülüklə məşğul olur.

“Pişik Günel” ləqəbi kimi tanınan müğənni Günel Ələkbərova tənbəl məşhurlar sırasındadır. Tənbəl müğənni yadına düşən zaman tennislə məşğul olur.

Sənətçi Zamiq yaxşı bədən quruluşuna sahib olmaq üçün günaşırı trenajora gedir.

Gənc ifaçı Aysel Əlizadə kökəlmək qorxusu ilə burun-buruna gələnlər sırasındadır. Xeyli qida qəbul edən sənətçi özəl məşqçi tutaraq idmanla məşğul olmağa başlayıb. Aysel ən azı gün içində bir saat fitnes ilə məşğul olur.

Trenner Ceyhun Vəliyev idmanla bağlı şou-biznes nümayəndələrinə belə məsləhət verir:

“İdman etmək üçün ideal vaxtın günün ilk yarısı və günorta olduğu elmi cəhətdən sübut olsa da səhərlər yuxudan tez durmaq, iş vaxtı ilə üst-üstə düşməsi və bunun kimi başqa səbəblərə görə idman saatımızda dəyişikliklər edirik, məşqi axşama saxlayırıq. İdmanı hazır olduğu vaxtda etmək məqsədəuyğundur.

Axşamlar məşqdən əvvəl enerji verən içkilərdən istifadə etmək məsləhətdir. İnsanlar bu enerji verən içkilərlə dopin iynələrini səhv salır. Şou-biznes nümayəndələrinin gündüzlər yaradıcılıqla məşğul olub, axşamlar məclislərə qatıldığını nəzərə alsaq gün ərzində vaxt tapan kimi məşqə getmələri məsləhətdir. Sənətçilərin səhnə performansını artırmaq üçün idmanın onlara faydası çox böyük olacaqdır”.

Elvin Elxan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR