Özünə Adriana Limaya bənzəyən sevgili tapdı
Bizi izləyin

Tabloid.az

Özünə Adriana Limaya bənzəyən sevgili tapdı

Ebrunu unutdu

Aparıcı və model Ebru Şallıdan boşandıqdan sonra adı heç bir qadınla hallanmayan iş adamı Harun Tan nəhayət özünə sevgili tapıb. 18 ay sonra eşq pəhrizini pozan Harun Tan Ecem Asır adlı gənc xanımla yeni münasibətə başlayıb.

Yaxın zamanlarda bir evdə qalmağa başlayacaqları deyilən sevgililər paparassilərə yaxalanmamaq üçün gözdən uzaq yerlərdə görüşürlər.

Ecem Asırın Ebru Şallıya həddindən artıq bənzərliyi diqqət çəkib. Gözəl qızı Adriana Limaya oxşadanlar da az deyil. Mavi gözləri, gözəl üz quruluşu ilə dünyaca məşhur model Adriana Limaya xeyli oxşayan Ecem haqqında başqa məlumat əldə edilməyib.

Qeyd edək ki, Harun Tan 11 illik evlilikdən sonra Ebrudan boşanıb. Buna Ebru Şallının müğənni Sinan Akçılla görüşməsinin səbəb olduğu deyilir. Cütlüyün Beren və Pars adlı iki övladı var.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm