Mayli Sayrusun 6 milyon dollarlıq evi - Fotolar
Bizi izləyin

Tabloid.az

Mayli Sayrusun 6 milyon dollarlıq evi - Fotolar

Çılğın müğənni Mayli Sayrus bu möhtəşəm evi ailəsi üçün alıb

Çılğın müğənni Mayli Sayrus 2012-ci ildə ailəsi üçün möhtəşəm bir ev alıb. Gənc müğənni bunun üçün 6 milyon dollar ödəməli olub.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı müğənninin aldığı həmin evə iki dəfə oğru girib və müxtəlif əşyaları oğurlanıb. Evin təhlükəsizlik sistemlərini gücləndirən Maylinin ürəyi hələ də rahat deyil. Buna baxmayaraq, evi çox sevdiyi üçün satmaq haqda düşünmür.

Bu evin 6 otağı, 4 hamamı, hovuzu və geniş baxçası var.

Qeyd edək ki, kənd evi temasına uyğun olaraq dizayn edilən həmin ev Kaliforniyada yerləşir. Hazırda aktyor Arnold Şvarsneqqerin oğlu ilə eşq yaşayan Mayli arada-bir ailəsinin qaldığı bu evə baş çəkir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm