Yazarlar
Əkrəm Əylisli Nobel mükafatına namizədliyindən danışdı
Azərbaycanlı yazıçı Əkrəm Əylislinin dünyanın bir sıra ictimai
xadimləri tərəfindən 2014-cü il Nobel sülh mükafatına namizəd
göstərilməsi ölkədə böyük ajiotaj yaradıb.
Əkrəm Əylisli telefonla danışığında bu xəbər haqqında dünən
məlumat aldığını bildirdi və qeyd etdi ki, o, çox böyük qürur hissi
keçirir ki, düşmən olan iki ölkənin – Azərbaycanla Ermənistanın
dostluğuna zərrə qədər də olsa, öz köməyini göstərir.
“Siz doğrudanmı Nobel mükafatı alacağınıza inanırsınız?” sualına
Əkrəm Əylisli belə cavab verdi: “Nobel mükafatı almaq mənim üçün
önəmli deyil, önəmli olan Dağlıq Qarabağ probleminin çözülməsi
yolunda bir işıq ucunun görünməsidir".
Əkrəm Əylisli Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyindən bu
məsələ ilə bağlı onunla əlaqə yaratmadıqlarını, “Onların mənim
yaradıcılığıma, özümə mövqeləri aydındır” sözlərini dedi və əlavə
etdi ki, AYB-dən heç nə gözləmir. “Əsas odur ki, Azərbaycan
ədəbiyyatı haqqında dünya xalqları, dünya yazıçıları yeni bilgi
toplasınlar və adımız dünya yazarlarının cərgəsinə
qoşulsun”.
Xatırladaq ki, 2012-ci ilin dekabrında Əkrəm Əylisli “Daş yuxular” romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən "qırğınlar"dan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə. Əylisli “Azərbaycanın xalq yazıçısı” adından və fəxri təqaüddən məhrum edilib.
anspress.com
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR