Zəlimxan Yaqub danışdı - Özəl (YENİLƏNİB)
Bizi izləyin

Yazarlar

Zəlimxan Yaqub danışdı - Özəl (YENİLƏNİB)

Zəlimxan Yaqub xəstəxanaya yerləşdirildi-Özəl

Zəlimxan Yaqub səhhətilə bağlı Teleqraf.com-a danışdı:

"Səhər xəstəxanada dializdə idim. Təhlükəli heç nə yoxdur. Amma daim həkim nəzarətindəyəm".

****

Xalq şairi Zəlimxan Yaqub bu səhər xəstəxanaya gedib.

Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsindən xəbəri təsdiq ediblər.

Bildirilib ki, hər həftə şair iki-üç dəfə dializə gəlir.Bu gün də gəlib. Hazırda dializdədir.

****

Publika.az-ın məlumatına görə, şair səhhəti ilə bağlı Klinik Tibbi Mərkəzə aparılıb.

Hazırda Zəlimxan Yaqub həmin xəstəxanadadır.

Şairin qızı Günay Yaqubova xəbəri təsdiqlədi. O, atasının həkim nəzarəti altında olduğunu deyib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm