Yazarlar
"Ülgüc dəyməyən üzünü, torpağa qoyan oğullar" - İlham Qəhrəman - 55
Aprelin 24-ü tanınmış şair İlham Qəhrəmanın 55 yaşı tamam olur.
İlham Qəhrəman 1959-cu ildə Laçın rayonunun Sus kəndində doğulub. İxtisasca mühasibdir. Ədəbiyyata 1980-ci illərdə gəlib. Bakıda “Gülüm yarpıza döndü” (1999), “Ağlama, qu quşu” (2002), “Ey dil” (2006), “Sevgi durna çırağıdır” (2014), Tehranda “Әsir dağlar” (2009) şeir kitabları işıq üzü görüb.
Bundan başqa, şifahi xalq ədəbiyyatı nümunələrindən ibarət “Laçın folkloru” (2009), “Gül dəftəri” (2011), “Laçın lətifələri” adlı kitabların tərtibçisidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Evlidir, üç övladı var.
Publika.az şairin şəhidlərimizə yazdığı şeiri təqdim edir:
ŞƏHİDLƏR XİYABANINDA
Harda adları tutulsa;
Ruhları əyan oğullar.
Başdaşları keşikçitək,
Vətənə həyan oğullar.
Qəbirlər sətir düzümü,
Duaya əydim dizimi.
Ülgüc dəyməyən üzünü
Torpağa qoyan oğullar.
Qeyrətin şəkli mərmərmi,
Üstündə gülləri tərmi?!
Top yerinə güllə, mərmi,
Topnan oynayan oğullar.
Bir yol gedir bu arayla,
Yol qırağı gül sırayla.
Qəbirdən dərin yarayla,
Səssiz uyuyan oğullar.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu