Elçinin xəbəri İrandan gəldi - FOTO
Bizi izləyin

Yazarlar

Elçinin xəbəri İrandan gəldi - FOTO

İran İslam Respublikasının Təbriz şəhərində yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Metro vadisi” kitabı nəşr edilib.

Yazıçının Publika.az-a verdiyi məlumata görə, “Ərk” nəşriyyatında çap olunmuş 240 səhifəlik kitabı farscaya Marağalı Rza Vahidi tərcümə edib. “Metro vadisi”nin tərtibatçısı Əhəd Fərəhməndidir.

Kitaba “Metro vadisi” romanından başqa müəllifin “Məzar gəlini”, “O gözəllər ki, vardı”, “Yekəpər”, “Günahın gül üzü”, “Sular günəşə nəğmə oxuyanda”, “Qara çadralı qadın”, “Pəncərədən baxan ayın şəkli” və bir sıra başqa hekayələri daxildir.

Əhəd Fərəhməndinin kitaba yazdığı “Ön söz”də müəllif haqqında ətraflı məlumat verilib.Təbrizdə keçirilən kitab sərgisində nümayiş olunan “Metro vadisi” satış şəbəkələrində yayımlanmaqdadır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm