Şəklini mənə göndər -VIII
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər -VIII

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.


VIII yazı

Yanvar 29
Murad Kohneqala
sən elə bilmə ki,
mən ürəyimdən keçirdiyim
qadınla yaşayıram,
yaxud nə vaxtsa yaşamışam...

düzdü, həyatda maraqlı qadınlar görmüşəm,
lakin vəziyyətə görə ya onlar mənə
müvəqqəti lazım olub,
ya da mən onlara...


Yanvar 29
Deniz
bu çox çətindi…
ürəyincə olmayan,
səni başa düşməyən insanla
birgə qocalmaq…
insan hər istədiyini əldə etmiş olsa belə,
həp, bir natamamlıq,
tənhalıq hiss edər içində…
və mən düşünəndə ki,
məni anlamayan biriylə yaşamalı olsam?..
düşünmək belə ağır gəlir…


Yanvar 29
Murad Kohneqala
sənə mənim yaşadığım həyatı heç vaxt arzulamıram,
sən çox zərifsən,
tab gətirmək çətindi...


Yanvar 29
Deniz
sizi o qədər yaxşi başa düşürəm ki...


Yanvar 29
Murad Kohneqala
mən səni anladığım kimi...


Yanvar 29
Murad Kohneqala
dayan,
yadıma bir şey düşdü...

olmaya, sən
bakıda yaşayan xxxxx-in qızısan?


Yanvar 29
Deniz
xeyr, qızı deyiləm,
o mənim doğmaca əmimdi…
onun qızları məndən cox böyükdülər...


Yanvar 29
Murad Kohneqala
nə isə,
səndən ötəri ölürəm…


Yanvar 29
Deniz
bu zarafatdı? )))


Yanvar 29
Murad Kohneqala
nə zarafat?
belə zarafat olmur...


Yanvar 29
Deniz
yaxşı, bu həqiqətdi? )))


Yanvar 29
Murad Kohneqala
həqiqətdi!
səndən gizlədə bilmədim...


Yanvar 29
Deniz
həyatımda eşitdiyim ən gözəl həqiqət...


Yanvar 29
Murad Kohneqala
elə bilirdim bu sözümə əsəbləşəcəksən...


Yanvar 29
Deniz
ama əksinəymiş...)))


Yanvar 29
Murad Kohneqala
bəs biz neyləyəcəyik?


Yanvar 29
Deniz
murad bəy, yanlış anlamayın lütfən...
mən sizin düşüncələrinizin vurğunuyam,
mən sizin sözlərinizə aşiqəm,
sizin hislərinizə aşiqəm…
ömrüm boyu bu cür sözləri dinləməkdən,
o hisləri hiss etməkdən usanmaram...


Yanvar 29
Murad Kohneqala
sevginin rəngləri çoxdu,
sənin cızdığın da gözəl hissdi,
ama mənim sənə qarşı hissimdə
bütün dediklərindən əlavə
nəsə bir şey də var...


Yanvar 29
Deniz
o "nəsə"ni ifadə etmək cətindi?


Yanvar 29
Murad Kohneqala
mənə olan hissini açıb deyəndən sonra,
onu sənə demək mənim üçün çox çətindi...


Yanvar 29
Deniz
mən bunu eşitməyə hazıram....


Yanvar 29
Murad Kohneqala
sən bunu yalnız eşitməyə hazır ola bilərsən...


Yanvar 29
Deniz
bəli, eşitməyə...
hiss etməyə yox...


Yanvar 29
Murad Kohneqala
əslində, mənim sənə qarşı o hissim olmamalıdı,
lakin bizim qədər yaş fərqi olan adamlar
xoşbəxt ölkələrdə qol-qola gəzirlər...

insanın azadlığı
həm də onun öz bədəni üzərindəki azad sahibkarlığıdı...


Yanvar 29
Murad Kohneqala
nə çox fikrə getdin?
boş ver bunları…


Yanvar 29
Deniz
yox, sadəcə, set yoxuydu...


Yanvar 29
Murad Kohneqala
hə, məndə də olur,
hərdən internet yerimir...

sən telefonla girirsən,
mənim üçün bu çox çətin görünür,
ancaq kifayət qədər cəld yaza bilirsən...

bizim söhbətimiz çox kədərlidi,
doğrusu, mənə çox pis təsir eləyir...


Yanvar 29
Deniz
kədərli olan nədi?


Yanvar 29
Murad Kohneqala
sənin, cəmiyyətlə birləşərək,
aramıza qoyduğun sədd...


Yanvar 29
Deniz
bu sədd olmasa
daha kədərli olmazdımı, sizcə?..


Yanvar 29
Murad Kohneqala
məncə,
indikindən daha yaxşı olardı...


Yanvar 29
Deniz
sınamağa dəyərmi?...
məncə lazım deyil )))


Yanvar 29
Murad Kohneqala
bu mənə çox lazımdı...


Yanvar 29
Deniz
niyə?..


Yanvar 29
Murad Kohneqala
hiss eləyirəm ki, sən mənə lazımsan...


Yanvar 29
Deniz
yenə niyə deyəcəm,
ama bu biraz zəhlətökənlik olacaq )))


Yanvar 29
Murad Kohneqala
sənin "niyə?"- nə cavab verirəm:
istərdim bədənimiz bir-birini tanısın...

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm