Qırmızı.az
Binəqədi rayonunda maraqlı aksiya
Mart ayının 15-də Binəqədi Rayon İcra Hakimiyyəti və YAP-ın Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə humanitar aksiya həyata keçirilib. Milli birlik və həmrəylik simvolu olan Novruz bayramı ərəfəsində reallaşdırılan aksiya çərçivəsində rayonda məskunlaşmış məcburi köçkün, aztəminatlı, çoxuşaqlı ailələrdən və valideyn himayəsindən məhrum olan ümumilikdə 80 nəfər uşaq sünnət olunub. Tədbir dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq yeni təmirdən çıxmış Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Rayon Xəstəxanasında gerçəkləşdirilmişdir. İlk öncə uşaqlar yüksək standartlara uyğun tibbi müayinədən keçirilmiş, daha sonra sünnət olunmuş, həmin uşaqlara maddi yardım göstərilmiş və onlara tibbi paketlər təqdim olunub.
Belə aksiyalar xarakter etibarilə təkcə tibbi mahiyyət kəsb etmir, bu həm də mənəvi baxımdan ciddi əhəmiyyətə malikdir. Xalqımızın adət-ənənələrinə, eləcə də milli-mənəvi dəyərlərimizə uyğun olaraq reallaşdırılan humanitar aksiyanı bu nöqteyi nəzərdən burada iştirak edən uşaqların həyatında əlamətdar hadisə kimi də qiymətləndirmək olar.
Uşaqların valideynləri və yaxınları bayram öncəsi gerçəkləşdirilən xeyriyyə aksiyasına görə təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.
-
ABŞ00:45
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ
-
Səhiyyə00:30
Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri AÇIQLAMA
-
Paranormal00:00
Günün ULDUZ FALI - Olduqca önəmli bir şeyi itirəcəksiniz
-
Hadisə22 Dekabr 23:12
Ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
-
Magazin222 Dekabr 22:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı
-
Magazin222 Dekabr 22:24
Çakar Hadiseni təhqir etdi - VİDEO
-
Hadisə22 Dekabr 21:24
Xırdalanda mənzildə PARTLAYIŞ: yaralılar var - VİDEO
-
Magazin122 Dekabr 20:48
Zümrüd 21 il əvvəl belə görünürdü - FOTO