Dünya
Putinin yeni müharibə SSENARİSİ: NATO-dan uzaq Qarabağda...
“Əgər Ukrayna və Suriyaya müdaxilədən sonra Rusiyaya
qarşı beynəlxalq təcrid və iqtisadi sanksiyalar təzyiqi zəifləməsə,
Kreml Qərbə qarşı daha bir münaqişəni alovlandıra bilər. Misal
üçün, Dağlıq Qarabağda”.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “YNet”
saytında Strateji Tədqiqatlar İnstitutunun (İNSS) elmi işçiləri
Vera Mixal-Şafir və Qaliya Lindenştrausun birgə müəllifi olduğu
məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, 2-5 apreldə baş verənlər Qarabağ
münaqişəsində atəşkəs imzalanandan sonra ən qanlı döyüşlər idi:
“Vəziyyətin kəskinləşməsi fonunda xarici oyunçuların – Rusiya və
Türkiyənin mövqeyi haqda sual yaranır. Onlar öz müttəfiqlərinə -
Ermənistana və Azərbaycana genişmiqyaslı müharibəyə başlamaq üçün
dəstək verəcəklərmi?”.
Müəlliflər vurğulayırlar ki, Türkiyə Azərbaycana geniş şəkildə
dəstək verir: “Ərdoğan Qarabağda baş verən toqquşmalar zamanı
“Azərbaycan öz torpaqlarını azad edəcək” deyə bəyan etdi. Əhməd
Davudoğlu da erməni təcavüzünə qarşı Azərbaycanla çiyin-çiyinə
vuruşacaqlarını açıqladı. Lakin yenə də Türkiyə bu münaqişə
üzərində Rusiya ilə müharibəyə başlamaq istəməz. Suriyada Rusiya
təyyarəsinin vurulması ilə iki ölkə arasında münasibətlər tarıma
çəkilib və əsasən iqtisadi sferada çatlar özünü göstərir. Lakin
Ankara anlayır ki, o NATO-nun üzvü olsa da, Rusiya ona qarşı
hansısa həmlələr edə bilər. Misal üçün, Rusiya dolayısı ilə Türkiyə
sərhədindəki Naxçıvan Muxtar Respublikasına müdaxilə ilə hədələdi.
Bu müdaxilə yeni dünya müharibəsinə səbəb ola bilər”.
Lakin məqalədə Rusiyanın buna getməyəcəyi bildirilir: “Moskva
Qarabağda indiki vəziyyətdə yeni eskalasiyada da maraqlı deyil.
Xüsusilə beynəlxalq mənzərə onun xeyrinə olmadığı bir vaxtda.
Rusiya indi ehtiyatla davranır. Amma gələcəkdə Rusiyanın Qarabağda
münaqişənin alovlanmasında maraqlı olacağı mümkündür. İstisna etmək
olmaz ki, əgər Rusiya özünü güclü təcrid etmə və sanksiyaların
təzyiqi altında hiss edəcəksə, Qərblə münaqişənin yeni səhnəsini
axtaracaq. Bu səhnə Dağlıq Qarabağ ola bilər. Çünki bura coğrafi
nöqteyi-nəzərdən NATO sərhədlərindən uzaqdadır”.
Asif
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial5 May 21:36Anası o uşaqdan imtina etdi
-
Magazin25 May 21:12Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO
























.png)

.jpg)





