Hadisə
Qayınata gəlnini yaba ilə niyə öldürdü? - TƏFƏRRÜAT (YENİLƏNİB)
Xaçmaz rayonu Uzunoba kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov gəlini 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək öldürüb. İlkin məlumatda M.Adıgözəlovun hadisəni sərxoş halda törətdiyi deyilir.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Rəmziyyə yoldaşından 5-6 il əvvəl rəsmi şəkildə boşanıb. Lakin o hələ də keçmiş ərinin evində qalırmış: “Onun Elsəvərlə evliliyindən 2 qızı,1 oğlu olub. Böyük qızın 14, ikincinin 12, oğlanın 9 yaşı var. Sonra qadın düzgün yolda olmadığına görə, boşanıblar. Boşanandan sonra Elsevər başqa bir qadınla ailə qurub. Həmin qadından da iki uşağ var. Təxminən evdə 10 nəfər qalırdılar. Amma münasibətləri yaxşı olmayıb. Rəmziyyənin davranışları, düzgün yolda olmaması səbəbindən həmişə problemləri olub. Rəmziyyə qonşu kənddən olub. Lakin qadın heç vaxt valideynlərinin yanına qayıtmayıb. Bunun səbəbini isə bilmirik”.
Sakinlərin sözlərinə görə, hadisə baş verəndə evin digər sakinləri də orada olub: “Aralarında dava olub. Gəlin qonşunun həyətinə qaçıb. Qayınatası da arxası ilə qaçıb və onu yaba ilə vurub öldürüb”.
***
10:11
Xaçmazda dəhşətli qətl törədilib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Gülxar
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi
-
Enerji15 Sentyabr 22:00Neft kəskin bahalaşdı
-
Nida Xəbər 15 Sentyabr 21:36Vardanyan həbsxanadan oğurluqla məşğuldur












.png)







.jpg)















