Nobeldən imtina edən, Bakıda heykəli olan, heç vaxt evlənməyən adam - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Nobeldən imtina edən, Bakıda heykəli olan, heç vaxt evlənməyən adam - FOTOLAR

Publika.az dahilərin, məşhurların həyatından bəhs edən "Dahi ömrü" layihəsini təqdim edir. Layihənin ilk qonağı serb əsilli amerkialı futuroloq, elektrik və maşın mühəndisi, ixtiraçısı Nikola Tesladır.

"Çılğın alim" kimi tanınan Tesla 10 iyul 1856-cı ildə Avstriya İmperiyasının Smilyan kəndində (hal-hazırda Xorvatiya) serb ailəsində dünyaya gəlib. Uşaqlıqdan qeyri-adi yaddaşı və səkkiz dil bilməsi ilə seçilib. Dünyadakı elm və texnologiyanın quruluşunu "kökündən" dəyişdirməsi və bir çox təcrübəyə imza atmasına baxmayaraq, dərsliklərdə adı nadir hallarda çəkilir. Xüsusilə "naqilsiz rabitə" kəşfi onun nə qədər unikal bir ixtiraçı olduğunu göstərir.

Radio, X şüaları, lazer texnologiyası, robot texnologiyası, zəlzələ maşını da Nikola Teslanın nəzəriyyələri əsasında yaradılmış layihələrdir.

1884-ci ildə "Çılğın alim" elektrik avadanlıqlarının təkmillədirilməsi və layihələndirilməsi üzrə Nyu-Yorkda Kontinental Edison şirkətində işləməyə başlayıb. Teslanın işi sadə elektrik mühəndisliyi ilə başlayıb və tezliklə daha çətin problemlərin həlli səviyyəsinə kimi inkişaf edib. Tesla Edison şirkətinin sabit cərəyan elektrik generatorlarının tamamilə yenidən layihələndirilməsini təklif edib.

Teslanın sözlərinə görə Edison ona "əgər sən bunu edə bilsən, sənə əlli min dollar verəcəm" deyib. Bu təklif Edisondan qəribə bəyanat kimi qeyd edilmişdir. Belə ki, Edisonun şirkətinin bu qədər pulu nəğd ödəyəcək qədər imkanı yox idi. Aylarla işləyəndən sonra, Tesla tapşırığı tamamilə yerinə yetirdi və ödəniş ilə maraqlandı. Edison dedi ki, o zarafat edib. Sonra cavab verdi: "Tesla, siz bizim Amerika yumorunu başa düşmürsüz. Bunun əvəzinə Edison həftəlik maaşını 10$ dollardan 18$ dollara qədər artırmağı Teslaya təklif edib. Tesla bu təklifdən imtina edir və istefa verir. Edison ölümünə yaxın Teslanı əfv diləmək üçün yanına çağırır lakin Tesla – "vaxtımı boş sözlər dinləyərək keçirməkdənsə, insanlıq adına lazımlı kəşfləri taparaq keçirərəm" deyərək Edisonun son arzusunu yerinə yetirməyib və yanına getməyib.

35 yaşında Tesla ABŞ-ın vətəndaşı olub. Tesla 1892-ci ildən 1894-cü ilə qədər hal-hazırda İEEE kimi tanınan Amerika Elektrik Mühəndisləri İnstitutunda (Radio Mühəndisləri İnstitutu ilə yanaşı) vitse-prezident vəzifəsində çalışıb.

Teslanın arzusu dünyanı pulsuz enerji ilə təmin etmək idi. Təəssüf ki, bunun üçün istədiyi dəstəyi ala bilməyib. Əgər ona dəstək olsaydı indiki vaxtda insanlar elektriki pulsuz, kabelsiz istifadə edəcəkdirlər.

Teslanın bioqrafları tərəfindən iddialar var ki, Tesla və Edison 1915-ci ildə Nobel mükafatına ilk layiq görülənlər idi. Ancaq onlar arasında düşmənçilik münasibəti olduğundan mükafat nə Teslaya, nə də Edisona verilib. Hər kəs mükafatı qazanmaq üçün digərinin nailiyyətlərini və haqlarını minimuma endirməyə çalışıb. Bu söz-söhbətlərdən illər sonra, nə Tesla nə də Edison Nobel mükafatı ala bildi (baxmayaraq ki, Edison 1915-ci ildə mümkün 38 tender təklifinin birini və Tesla 1937-ci ildə mümkün 38 tender təklifinin birini aldı). Tarixdə Nobel mükafatını rədd etmiş tək alim (fizik) kimi tanınır.

1898-ci ildə Tesla Medison Meydanı Bağında (ing. Madison Square Garden) elektrik sərgisi zamanı "teleautomaton" adlandırdığı radio ilə idarə olunan qayığı nümayiş etdirdi. Bura toplaşan insanlar qayığın içərisində gizlədilmiş təlim keçmiş meymun tərəfindən idarə olunması və telepatiya, sehrbazlıq kimi dəhşətli iddialarla çıxış etdilər. Bu gün Teslaya uzaqdan idarə olunan təyyarələr, avtomobillər və botlar (və hətta televiziyalar) üçün də təşəkkür edə bilərik.

Nikola Tesla kosmosdakı həyatın varlığı ilə də yaxından maraqlanmış və dünyada ilk dəfə 1899-ci ilin mart ayında öz laboratoriyasından kosmosa səs dalğaları göndərib. Bunun elanını verəndə ətrafından maraq və dəstək görməyib. Buna səbəb o illərdə kosmik radio dalğalarının elm ictimaiyyətində yeri olmaması idi.

Tesla, dünyanın ilk hidroelektrik stansiyasını Niaqara şəlaləsində reallaşdırmışdır.

Teslanın müvəffəqiyyətləri qarşısında əldə etdiyi mükafat isə "Edison Medalı" idi. Edison tərəfindən davamlı tənqid olunan birinə bundan daha pis bir mükafat ola bilməzdi.

Tesla 86 yaşında, 7 yanvar 1943-cü ildə Nyu Yorker otelinin 3327-ci otağında vəfat edib. Teslanın köhnə dostu və tərəfdaşı Huqo Qernsbeq ölüm maskasının yaradılması üçün heykəltəraşa tapşırıq verib. Həmin maska bu gün Nikola Tesla Muzeyində nümayiş olunur.

"Çılğın alim" haqında film də çəkilib. "Prestij" adlı 2006-cı ildə çəkilən filmdə Nikola Teslanı David Bovie canlandırılır.

Heç vaxt evlənməyən Tesla bakirliyi dahiliyə gedən yol sanırdı. Bir çox araşdırmaçılar onun məhz qadınsız həyat yaşadığı üçün bu qədər uğur qazandığını qeyd edirdilər.

Bu böyük alimin möhtəşəm heykəli Bakıda adını daşıyan xiyabanda ucaldılıb.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm