Qırmızı.az
Melburnda Qarabağ mövzusunda sərgi keçiriləcək
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində iyun ayının 15-dən 22-dək Avstraliyanın Melburn şəhərində fəaliyyət göstərən Deakin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının Qarabağ mövzusunda əsərlərinin sərgisi keçiriləcək.
Bundan başqa Deakin Universitetində Azərbaycanla bağlı informasiya guşəsi yaradılacaq ki, bu da tələbələrin ölkəmiz haqqında geniş informasiya almasına yardımçı olacaq. Guşədə Qarabağ münaqişəsinin kökləri, erməni terroru, eləcə də Xocalı genosidi haqqında məlumatlar, foto-şəkillər və kitablar da yerləşdiriləcək, 20 ildən çox uzanan münaqişənin səbəbləri barədə müzakirələr aparılacaq.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva bildirib ki, sərgidə Azərbaycanın gənc qadın rəssamları Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunacaq. Bu əsərlər Qarabağımızın gözəlliklərini, tarix və mədəniyyət abidələrini Avstraliyalı tələbələrə tanıtmaqda mühüm rol oynayacaqdır. (Publika.az)
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan























.jpg)









