Nida.az
"Bizim ən böyük güzəştimiz danışıqlar prosesində iştirakdır” - ÖZƏL
Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Çiçəklənən Ermənistan Partiyasının deputatı Naira Zoqrabyanın Azərbaycan Prezidentini ermənilərə qarşı millətçi çıxışlar etməkdə, Ramil Səfərovun azadlığa buraxılması və Azərbaycanda rahat yaşamasına görə “günahlandırması”nı şərh edib.
PA-nın şöbə müdiri E.Aslanov Publika.Az-a açıqlamasında deyib: “Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan əgər AŞPA tribunasından Ermənistan prezidenti Serj Sarkisyanın beynəlxalq ədalət mühakiməsinə verilməsini tələb etsə idi, biz onu başa düşərdik. Çünki Serj Sarkisyan bəşəri cinayət olan Xocalı soyqırımında iştirakını dəfələrlə təsdiq edib, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan isə elə AŞPA tribunasında bununla “fəxr edib”.
N.Zoqrabyanın Azərbaycan Prezidentinin ünvanına söylədiyi fikirləri Ermənistanın daxili auditoriyaya hesablanmış növbəti sayıqlamaları hesab etmək lazımdır. Ancaq artıq bu cür siyasi manipulyasiya texnologiyaları köhnəlib, belə bəyanatlar Ermənistanın öz içərisində də gülüş doğurur, əhali kriminal hərbi rejimin ölkəni hansı fəlakətə sürüklədiyinin fərqindədir”.
E.Aslanov qeyd edib ki, Ermənistan siyasətçiləri hər şeyi və hər kəsi öz adı ilə çağırmağa cəsarət tapmalıdır: “Cənubi Qafqazın lider dövləti olan Azərbaycan heç zaman öz torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Ermənistan indi öz gələcəyini düşünməli, yoxsulluq və səfalət içərisindəki ölkənin inkişafının ancaq Azərbaycan torpaqlarının boşaldılmasından asılı olduğunu dərk etməlidir. Bizim ən böyük güzəştimiz danışıqlar prosesində iştirakdır.
O ki qaldı onun Ramil Səfərov barəsində söylədiklərinə, Azərbaycan burada ədaləti bərpa edib. Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə, cümlədən Naira Zoqrabyanın cəfəngiyyatları təsir edə bilməz. Azərbaycanla hesablaşmamaq nəticə əldə etməmək deməkdir”.
Xatırladaq ki, Çiçəklənən Ermənistan Partiyasının deputatı Naira Zoqrabyan Avropa Şurası Parlament Assambleyasında məsələ qaldırıb. O, Azərbaycan Prezidentini ermənilərə qarşı millətçi çıxışlar etməkdə “günahlandırıb”.
Erməni deputat həmçinin Ramil Səfərovun azadlığa buraxılması və Azərbaycanda rahat yaşamasında Prezident İlham Əliyevi “günahlandırıb”.
Vasif Həsənli
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı















.jpg)





















