Dünya
AİHM-dən kritik Öcalan qərarı
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Türkiyənin İmralı adasında həbsxanada olan PKK lideri Abdullah Öcalan haqqındakı iddianın yenidən müzakirəsi ilə bağlı edilən müraciətləri geri çevirib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, AİHM bu ilin mart ayında açıqladığı Abdullah Öcalan qərarı üçün Türkiyə hökuməti və PKK liderinin vəkilləri tərəfindən müxtəlif səbəblərlə bağlı etdiyi şikayətləri rədd edib.
Məhkəmə apelyasiya tələblərinin rədd edilməsinin səbəblərini göstərməyib.
Xatırladaq ki, məhkəmənin bu ilin mart ayında qəbul etdiyi
qərarda Avropa İnsan Haqları razılaşmasının maddələrindən birinin
pozulduğu qeyd edilib. AİHM razılaşmanın qeyri-insani və
təhqiredici münasibətdən bəhs edən maddəsi ilə bağlı Türkiyənin
bəzi məqamları pozduğu, bəzilərinə isə riayət etdiyi açıqlanıb.
Qərarın "zərər" başlıqlı qismində Öcalan ona dəyən maddi və mənəvi
ziyanla əlaqədar olaraq heç bir tələb irəli sürmədiyi qeyd
edilib.
Məhkəmə hakimləri Öcalanın şərti olaraq azadlığa buraxılmasını və
ömürlük həbsə məhkum edilməsi ilə bağlı qərarı qanun pozuntusu kimi
qiymətləndirib. Qərarda Öcalanın şərti azadlığa buraxılmasının
vacibliyi də əks olunub.
Ömər Dağlı
-
Hadisə16:40Vəzifəli şəxs qəfil öldü - FOTO
-
MDB16:29Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
-
MDB15:47Məşhur italiyalı yazıçı Moskvanı ağız dolusu təriflədi: Gördüyüm ən müasir şəhərdir!
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
Magazin213:25Uşağını qucağına götürən müğənni xəstəxanalıq oldu - FOTOLAR
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir
-
İdman11:00Günün oyunları - AFİŞA
















.png)

















