Dünya
"Öldürülən" Şimali Koreya lideri xalq arasında – FOTOLAR
Uzun müddətdir gözdən uzaq olan Şimali Koreya lideri, nəhayət, xalqın arasına çıxıb.
Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, 41 gün sonra həqiqət ortaya çıxıb.
Sonuncu dəfə sentyabrın 3-də görüntülənən 31 yaşlı Kim Yonq Unun son dəfə fotoları çəkilib. Şimali Koreyanın rəsmi xəbər agentliyi Kimin oktyabrın 7-də alimlər üçün yeni tikilən yaşayış massivini ziyarət etdiyini bildirib.
Yayımlanan fotolarda Kimin əlində əsa olduğu görünür. Fotolar Şimali Koreya liderinin ayaqlarının ağrıdığından xalq arasına çıxmadığı iddialarını təsdiqləyir.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Yonq Unu sentyabrın 3-dən indiyədək heç yerdə görən olmayıb. Kameralardan uzaq gəzən liderin aqibəti haqqında bir çox iddialar ortaya atılıb. Mediada hətta onun öldürüldüyü barədə iddialar da səsləndirilirdi. Amma sonuncu dəfə bibisinin əri ilə bir yerdə “Moranbong Band” qrupunun konsertində kameralara yaxalanan Şimali Koreya liderinin ayağının ağrıdığı və müalicə olunduğu deyilib.
Cənubi Koreyanın bir naziri Kim Yonq Unun hələ də vəzifəsini icra etdiyini deyib.
Cənubi Koreya mediası isə Kim Yonq Unun ayağı ağrıdığından 100 günlük istirahət götürdüyünü, buna görə də ictimaiyyət və media qarşısında görünmədiyini yazıb.
Vüsal Tağı
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...



























.jpg)





