Nida.az
Müsavat Partiyası da mitinq keçirə bilər - Açıqlama
Müsavat Partiyası həbslərlə bağlı mitinq keçirə
bilər.
Bu barədə Publika.az-a açıqlamasında Müsavat
funksioneri Tural Abbaslı məlumat verib.
Onun sözlərinə görə, mitinq fikri Müsavatda əvvəldən var idi:
“Hətta bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət
də hazırlanmışdı. Amma həmin vaxt digər partiyalar da mitinqin
təşkilatçılığında iştirak etmək niyyətlərini açıqladı və
məsləhətləşmələr qərarına gəldik. Məsləhətləşmələr uzun sürdüyü
üçün mitinq təxirə salındı. Hazırda bu məsələ müzakirə edilməsə də,
mitinqin keçirilməsi gündəmdədir”.
T. Abbaslı qeyd edib ki, hazırda Müsavatda daxili strukturlaşma
aparılır: “Divan, Məclis və digər strukturlar formalaşdıqdan sonra,
Müsavat rəsmi qaydada buna qərar verəcək”.
Qeyd edək ki, teleqraf.com-a Müsavatdakı mənbə məlumat verib ki,
partiya AXCP-nin acığına mitinq keçirmək niyyətindədir. Belə ki,
partiya qurultayından sonra mitinq keçirmək niyyətində olub və bu
məsələ hətta dar çərçivədə müzakirə edilib. Hətta sonradan bu
təklif Müsavatın üzvü olduğu Demokratiya və İnsan Hüquqları
Mərkəzində də ciddi müzakirə mövzusu olub. Bu qurumda birləşən on
siyasi partiya təklifə müsbət yanaşıb. Qərara alınıb ki, hər bir
partiya daxili güclərini hesablasın, növbəti görüşdən sonra isə bu
haqda müzakirə aparıb yekun qərar versin. Bu məqsədlə mərkəzdə işçi
qrupu da yaradılıb.
Mənbə daha sonra qeyd edib ki, Milli Şuranın 12 oktyabrda keçirdiyi mitinqdən sonra Müsavat Partiyasında mitinq müzakirələri yenidən başlanıb. Müsavat Arif Hacılının başqanlığı altında yeni mitinq keçirməyə hazırlaşır. Mitinqin nə zaman olacağı hələlik bəlli deyil. Mənbə qeyd edir ki, bunun üçün ilk olaraq Müsavatın daxilində yaranan problemlər yoluna qoyulmalı, rayon təşkilatlarında yaranan vəziyyət nəzarətə alınmalıdır.
Bu arada Müsavata yaxınlığı ilə seçilən xalq Partiyasının sədri
Pənah Hüseyn musavat.com-a açıqlamasında “Müsavat Partiyası və AXP
mitinq keçirsə, Milli Şura rəhbərliyi mitinqə qatılsa, onların
dünənki mitinqdə sizlərə qarşı davranışını siz də onlara qarşı
edəcəksinizmi?” sualına bu formada cavab verib: “Bu artıq başqa
mövzudur. Hər bir siyasi qüvvənin, siyasi liderin özünə xas ənənəsi
var. Sizin dediyiniz aksiyalar güman edirəm ki, olacaq. O zaman
suala da cavab alarsınız”.
Onu da bildirək ki, Milli Şuranın 12 oktyabr mitinqində İsa Qəmbər
də daxil olmaqla yeni başqan Arif Hacılı və partiya rəhbərliyi
Cəmil Həsənli və Əli Kərimli tərəfindən soyuq münasibətlə
qarşılaşıblar. Belə ki, Milli Şura rəhbərliyi Müsavat rəhbərliyini
tribunaya yaxın buraxmayıb, hətta salam belə verməyiblər.
Asif Nərimanlı
-
Sosial18:24
Türk iş adamı Bakıdakı evində ÖLÜ TAPILDI
-
Hadisə18:12
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ