Nida.az
“İslam müxalifəti” iddiası kimə sərf edir?- NATO analitiklərinin məxfi Bakı səfəri
Azərbaycanda “islam müxalifəti” fikirlərini siyasi müxalifət Qərbə mesaj olaraq gündəmə gətirir.
Bu barədə Publika.az-a açıqlamasında vaxtilə Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışmış ekspert
Elçin Əsgərov qərbli analitiklərin “Azərbaycanda “islam müxalifəti”
yarana bilər” iddialarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu fikir hələ 3 il öncədən var idi: “2011-ci
ildə hicab aksiyaları zamanı bu fikirlər gündəmə gətirildi. Bunu da
siyasi müxalifət ortaya atmışdı. Qərbə bunu göstərməyə çalışırdılar
ki, siz bizə dəstək verməsəniz, biz hakimiyyətə gəlməsək, yerimizi
dindarlar tutacaq. Lakin qərblilər bununla razılaşmadılar. O vaxt
NATO-nun analiz mərkəzi və “Böhran” qrupundan nümayəndələr Bakıya
gəlmişdi. Onlar bu iddiaların nə dərəcədə doğru olub-olmamasını
yoxlamaq istəyirdilər. Mən də onlarla görüşdüm, bildirdilər ki,
belə bir tendensiya, təhlükə yoxdur, çünki islamçıların siyasi
müxalifətə çevrilməsi üçün sosial baza yoxdur. Narazılıqlar var,
amma bu, potensial baxımından zəifdir”.
E. Əsgərov qeyd edib ki, o, hazırda belə bir təhlükəni görmür.
“Ümumi mənada belə təhlükələr zəif də olsa, həmişə var. Amma
konkret olaraq hazırda bu görünmür. İndi belə bir iddianın ortaya
atılması da Qərbə mesajdır. Ortaya çıxan əsas versiya budur. Yaxud
da kimsə səhv analizlər aparır. Çünki Azərbaycanda dindar təbəqə də
cəmiyyətin üzvüdür və onları yalnız dini məsələlər deyil, digər
məsələlər də narahat edir. Digər tərəfdən, dindarlar arasında aktiv
İslam düşüncəsi ilə yaşayanlar da kifayət qədər deyil. Buna görə də
belə bir iddianın əsası yoxdur. Bu daha çox siyasi müxalifətin
Qərbə mesajıdır. Bu proseslər başqa ölkələrdə də olur. Misal üçün,
Tunis prezidenti zaman-zaman bu məsələni gündəmə gətirərək Qərbə
mesaj verirdi ki, əgər ona dəstək verməsələr, dindarlar güclənə və
hakimiyyətə gələ bilərlər”, - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, “Karnegi” fondunun Qafqaz üzrə eksperti, britaniyalı
politoloq Tomas de Vall BBC-yə müsahibəsində Azərbaycanı gözləyən
risklərdən danışıb. Ekspert belə risklərdən biri kimi, dini
radikallığı göstərib.
“Bu radikal qrupun Azərbaycan siyasi səhnəsinə keçməsi təhlükəsi
var.
Hansı ki, bu gün onların bir çoxu Suriya və İraqda İŞİD tərkibində
vuruşurlar. Onlar bir gün evə qayıdacaqlar”,-deyə britaniyalı
jurnalist qeyd edib.
Bu, son günlər səslənən ikinci belə həyəcanlı ehtimaldır. Bundan
öncə, Avropa İnstitutunun əməkdaşı Nadani Fridrixson Azərbaycanda
“müsəlman müxalifət” təhlükəsini qabartmışdı.
Ekspert bildirirdi: “Müsəlman müxalifətinin əsasını Suriya
çevrilişində iştirak edən, indi isə evə qayıdan “cihadçı”
azərbaycanlılar təşkil edə bilər. Bu baxımdan, partlayış təhlükəsi
olan regionlara Azərbaycanı daxil etmək mümkündür”.
Asif Nərimanlı
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı