Dünya
Aksiyanın təşkilatçıları çinayət məsuliyyətinə cəlb oluna bilər
Ukrayna prezident administrasiyası qarşısında Milli qvardiya hərbçilərinin etiraz aksiyasına təşkilatçılıq edənlər cinayət məsuliyyətinə cəlb oluna bilər.
Publika.az-ın “RBK-Ukrayna” xəbər asgentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın baş prokuroru Vitali Yarema bildirib.
Baş prokuror xatırladıb ki, güc strukturlarının nümayəndələrinə piketlərdə, nümayişlərdə və itaətsizlik nümayiş etdirilən digər aksiyalarında iştirak etmək qadağandır. “Görünür ki, bu açıq-aydın planlaşdırılmış aksiyadır”, - deyə V.Yarema deyib.
Baş prokuror bildirib ki, etiraz aksiyasının iştirakçılarının cinayət məsuliyyətinə cəlb olunub-olunmaması təşkilatçıların qarşısına qoyduğu hədəflərdən asılı olacaq.
Xatırladaq, dünən Milli Qvardiyanın 300 hərbçisi Prezident Administrasiyası binası qarşısında tərxis olunması tələbi ilə aksiya keçiriblər. Onların hərbi hissəni necə tərk etdiyi və paytaxtın mərkəzinə çatdığı məlum deyil. Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltorak etiraz aksiyasını qanunsuz adlandırıb.
Etiraz aksiyası keçirən Milli qvardiya üzvləri ilə prezident administrasiyası başçısının birinci müavini Gennadi Zubko görüşüb. G.Zubko əsgərlərə antiterror əməliyyatları zonasına göndərilməyəcəyi və mitinq üçün cəzalandırmayacağı barədə söz verib. Prezident administrasiyası başçısının birinci müavini bildirib ki, bunun əvəzində Milli Qvardiya əsgərləri hərbi hissəyə qayıtmalıdır. Yalnız bundan sonra hərbçilər hərbi hissəyə qayıdıb.
Ömər Dağlı
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...



























.jpg)





