Milli Şura mitinqi haqqında ABŞ səfirliyini məlumatlandırıb
Bizi izləyin

Nida.az

Milli Şura mitinqi haqqında ABŞ səfirliyini məlumatlandırıb

Milli Şura 12 oktyabr mitinqi ilə bağlı ABŞ-ın ölkəmizdəki səfirliyini məlumatlandırıb.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini razi Nurullayev məlumat yayıb.
R. Nurullayev bildirib ki, bu gün o, ABŞ səfirliyində yeni siyasi müşavir Kerri Vaitlə (Kerry White” görüşüb.

“Milli Şuranın keçirdiyi etiraz aksiyası, ölkədə baş verən son olaylar, həbslər və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılan əngəllər barədə məlumat verdim. Qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi apardıq”, -deyə AXCP sədrinin müavini qeyd edib.


Qeyd edək ki, Milli Şura oktyabrın 12-də Yasamal rayonu, “Məhsul” stadionunda mitinq keçirib. Bakı Şəhər Baş Polis idarəsini rəsmi məlumatına görə, mitinqdə 900 nəfər iştirak edib.
AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı isə iddia edib ki, mitinqdə 7 min nəfər insan iştirak edib.

Milli Şuranın bu və ya digər formada keçirdiyi mitinq haqqında ABŞ səfirliyini məlumatlandırması diqqət çəkir. Belə ki, Cenevrə konvensiyasına görə diplomatik korpusun işi fəaliyyət göstərdiyi ölkədə öz ölkəsinə və vətəndaşlarına aid məsələlərlə məşğul olmaqdır. Milli Şuranın mitinqi isə birbaşa Azərbaycanın daxili işidir.


Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında deyib ki, bu, daha çox Milli Şuranın öz etdikləri haqqında Qərbə hesabat verməsidir: “Bu o demək deyil ki, ABŞ səfirliyi mitinqin sifarişçisidir. Sadəcə olaraq Milli Şura Qərbə “biz hakimiyyətə qarşı etirazımızı davam etdiririk”, yaxud da “iş görürük” tipli hesabat verir. Qarşı tərəfindən bunu necə qəbul etdiyini demək çətindir. Amma ortada bir detal var ki, bu da müxalifətin Qərb qarşısında hesabatlılığının olmasıdır”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının “Əli Kərimli Obamaya yarınmaq üçün mitinq keçirdir” iddiası bu kontekstdə diqqət çəkir.
BAXCP rəsmisi bildirib ki, ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı məlum çıxışından sonra Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub: “Əli Kərimli yenidən özünü “qərbyönümlü” siyasətçi kimi ABŞ-a təqdim edir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm