Tabloid.az
Dünyanın ən gözəl və cəsur qadın pilotu - FOTOLAR
Almaniyanın “Bild” qəzeti dünyanın ən gözəl və ən cəsur qadın pilotunu müəyyən edib.
Publika.az xəbər verir ki, 23 yaşlı Nilufər Rəhmani Əfqanıstan hərbi hava qüvvələrində çalışır.
“Bild” qəzetinin xəbərinə görə, Nilufər Rəhmani 2001-ci ildə Talibanın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Gənc pilot ABŞ Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Qadın Cəsarət Mükafatına (International Women of Courage Award) layiq görülüb.
Xəbərə görə, uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib. 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan hərbi hava qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub. Onun ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib. Çünki o, bir qadındır. Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb.
Gözəl pilotun özü və ailəsi bir neçə dəfə Talibandan ölüm təhdidləri alıb. Nilufər Rəhmani isə bütün bu təhdidlərə baxmayaraq, Əfqanıstan hərbi hava qüvvələrində karyerasını davam etdirməkdə qərarlıdır.
Ömər Dağlı
-
İdman01:41Astroloqdan Kamila Valiyevaya XƏBƏRDARLIQ - 2026-cı ildə...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş sürpriz yaşana bilər
-
Kriminal25 Dekabr 23:36Ev sahibini basdırıb üstündə it damı tikdi - Xaçmazda dəhşətli qətl
-
Sosial25 Dekabr 22:48Adı ölənlərin siyahısında çıxdı, 35 dəqiqə ürəyi dayandı, 1 ay komada qaldı - VİDEO
-
Magazin125 Dekabr 21:36"Oğlum da atasını görmədən dünyaya gəlib"
-
İdman25 Dekabr 20:48“Qızıl Top”a namizədlər açıqlandı - Messi neçəncidir?
-
MDB25 Dekabr 20:12Xanımı Çilidə uşaq dünyaya gətirən deputat vəzifədən AZAD EDİLDİ
-
Magazin125 Dekabr 19:36Zümrüdün qızı ilə görüşü təsirləndirdi - VİDEO

















.jpg)







