• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şir atasını güllələdən Bağırovu niyə bağışladı? - GİZLİ TARİX

Şir atasını güllələdən Bağırovu niyə bağışladı? - GİZLİ TARİX

Məşədi Mehralının həbsi

Mircəfər Bağırovun Gədəbəy ağalarına qarşı apardığı müharibə demək olar ki, sistemli olaraq həyata keçirilir.

Əvvəlcə, Mustafa ağa aldadılaraq həbs edilir, sonra da bütünlükdə yaqubluların fərd-fərd fiziki məhvini nəzərdə tutan əməliyyatlar aparılmağa başlayır.

Məcid ağanın əmisi oğlu Mustafa ağanın həbsindən sonra Bağırov "otryad"ın bütün qüvvələrini dağlarda mübarizəni davam etdirən Məcid ağaya qarşı səfərbər edir. Bundan qabaq isə, mərkəzdə yaşayan və salamat qalan bir neçə əsilzadənin məhvi də nəzərdə tutulur.

Bunlarda biri də Mustafa ağanın qohumu Məcid ağanın qaynı, Qanlı Allahverdinin oğlu Məşədi Mehralı olur.

Bağırov Məşədinin gec-tez Məcid ağanın qaçaq dəstəsinə qoşulacağını təxmin etdiyi üçün onu qabaqlamağı qərara alır.

Şəkərbəydən sonra Mustafa ağanın yurdunu dağıdaraq ikinci kərə bu tərəflərə dönən qırmızı dəstənin bu dəfə gördüyü boş qalmış evlər olur.

Mehralı onları qabaqlayaraq kəndi tərk etmiş, naməlum istiqamətə yollanmışdı.

Bağırov dəqiq anlamışdı ki, artıq Məşədi Mehralı Məcid ağanın yanında qərar tutub.

Kəndi tərk edib, gedərkən cütçü Səfər "otryad"ın qabağını kəsir və Məşədi Mehralı olmasa da,əvəzində onun oğlunun yerini bildiyini söyləyir.

Bağırov Mehralının qohumu olan Nadir kişinin evini mühasirəyə alır və Məşədinin balaca oğlunu-Şiri tutur.

Şiri həbs edən Bağırov Mehralının üzə çıxması üçün bu vasitədən istifadə etməyə qərar verir.

Şirin həbs olunmasından xəbərdar olan Mehralı Hacıqasımlı kədində məskunlaşır və oğlunun qaçırılması üçün tədbirlər görməyə başlayır.

Məhəmməd oğlu Müslüm kişinin evində gizlənən Məşədi Mehralı xəyanət nəticəsində düşmənlə baş-başa gəlir.

Müslümün evini mühasirə edən Bağırov onun təslim olmayacağı təqdirdə oğlunu güllələyəcəyini elan edir.

Məşədi Mehralı saxlandığı yeri tərk edir və silahını qoyaraq təslim olur.

Balaca oğlunun ölməməsi üçün təslim olan Məşədi dağlarda mübarizə aparan qohumlarına arxayın olaraq həbsdə gözləməyi üstün tutur.

Məşədi Məhkəmədə

Qısa müddətdən sonra Məşədini hərbi məhkəmə mühakimə etməyə başlayır.

İttihamlar ağır və çox olur. Aylarla ÇEKA zirzəmilərində işkəncə verilən, dırnaqları sökülən Məşədi nəinki, peşiman olaraq təslim olur, əksinə kinini nifrətini, Stalinə və Sovet hökumətinə olan düşmənçiliyi açıq-aşkar ifadə edir.

Antosovet düşməni, QULAQ, kəndliləri istismar etməkdə günahlandırılan Məşədi Mehralı nə az,nə çox 25 illiyə Sibirin insanyaşamaz qarlı çöllərinə sürgün edilir.

Məhkəmədə son söz söyləmək üçün o, bütün şansını istifadə edir.

Bağırova müraciətində, 25 illik sürgündənsə, ən böyük arzusunun güllələnmə iləəvəz olunmasını istədiyini deyir.

Xahiş nəzərə alınır, hökm dəyişdirlir və Məşədi Mehralı güllələnmə ilə cəzalandırlır.

Beləcə, Mustafa ağanın və dağlarda döyüşən Məcid ağanın daha bir yaxının fiziki məhvinə nail olurlar.

Şir Bağırovun məhkəməsində

12-26 aprel 1956-cı ildə Bakıda Şəhriyar adına sarayda Mircəfər Bağırovun məhkəməsi təşkil edilir.

Uzun illər hakimiyyətdə olmuş Bağırovdan narazı qalan kim varsa hamısını istintaq prosesinə cəlb edirlər.

Zərərçəkmişlər arasında atası güllələnən Sultanov Şir Mehralı oğlu da var idi.

Atasının qatili ilə bağlı çıxış etmək üçün söz Şirə verildikdə o bütün zalı şoka salacaq sözlər söyləyir:

"Kaş,Bağırov qədər hamınızda qeyrət olaydı,Sən,düz etmisən, Bağırov. Düşəmən düşməni məhv də edər, bağışlayar da. Məşədi Mehralı əsl kişi kimi öldü, Burda isə sizin günahınız yox idi, günahkar zaman idi ki, belə hökm vermişdi ".

Bütün zal susur. Sükutu pozmağa heç kimin cəsarəti çatmır. Prosesə sədrlik edən Rudenko həyatında ilk dəfə düşmənin tərəfini saxlayan adamın nitqindən təəccüblənir.

Bu sükutu isə Bağırovun səsi pozur: "Mehralı da şir idi, Sən isə şirin oğlu Şirsən".

Şirin əslində üstüortülü şəkildə bolşevizmi ittiham edərək, Mircəfəri müdafiə etməsi proses iştirakçılarının xoşuna gəlmir və çılğın gənc cəld bir şəkildə salondan kənarlaşdırılır.

Ümimi gedişatın əlehinə çıxış edən gəncin nitqi isə prosesin mətninə salınmır.

Bağırov güllələnmə ilə "mükafatlandırılır".

(Yazının əvvəli üçün link http://publika.az/p/18105)

(Ardı var)

Əziz Əlibəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR