Qadınları qıcıqlandıran 6 məsləhət
Psixoloq Alisa Boys qadınları qıcıqlandıran məsləhətlərdən danışıb.
Publika.az xəbər verir ki, koqnitiv-davranış terapiyası psixoloqu Alisa Boys qadınları qıcıqlandıran 6 məsləhət müəyyən edib.
Onun fikrincə, bəzi məsləhətlər qarşı tərəfi incidə, həmçinin məsləhətçinin bəzi üstünlüyünü nümayiş etdirə bilər. Psixoloqun bu barədə fikirləri “Psychology Today”də yayımlanıb.
“İkinci dərəcəli” vəzifələrin həvalə edilməsi qadınlara qeyri-münasib görünə bilər. Çünki məsləhətçi üçün bu işləri yerinə yetirmək adətən “əhəmiyyətsizdir”. Məsələn, yemək bişirmək, ev təmizləmək və s. Ekspert diqqəti ona yönəldib ki, bu tövsiyə dəyərsizləşdirici səslənə bilər.
Psixoloqun sözlərinə görə, “Xəbərlərə baxma” tövsiyəsi təhqiredici və ya bezdirici görünə bilər, çünki bu, qadının dünyada baş verənlərin onun həyatına və ya rifahına necə təsir edəcəyini anlamadan, gündəmdən təcrid olunmasını nəzərdə tutur.
Ekspertin fikrincə, dünyanın istədiyi kimi olmadığı sözləri də mənfi mesaj verir. Xüsusilə məsləhətçi işlə bağlı məsələlərə işarə edirsə.
Psixoloq hesab edir ki, “Səhv etsəniz, narahat olmayın” da çox təsirli bir tövsiyə deyil. Boysa görə, çox vaxt qadınlar öz səhvlərini kişilərə nisbətən daha uzun müddət xatırlayırlar. Buna görə də uğur qazanmaq və məhsuldar olmaq üçün bir çox məsləhətlər müxtəlif cinslər tərəfindən fərqli şəkildə qəbul edilir.
Psixoloqun fikrincə, “Hərəkətlərinizdə və vərdişlərinizdə 100 faiz ardıcıl olun” növbəti zəhlətökən məsləhətdir. Boys təəssüf və ya günahkarlıq hiss etmədən bəzi prioritetləri dəyişdirməklə belə daha məhsuldar olmağın mümkün olduğuna diqqət çəkir.
“Özünə bax” qadınları bezdirə biləcək başqa bir məsləhətdir. Ekspertin fikrincə, qadının özünün bunu bildiyini düşünməyən məsləhətçinin həddindən artıq himayədar görünməyə çalışması süni təsir yaradır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO


































.jpg)


