ABŞ-ın 1-ci xanımı: Heç kəsdən maddi asılı olmaq istəmirəm - FOTO
ABŞ prezidenti Cozef Baydenin həyat yoldaşı Cil Bayden “Harper's Bazaar” jurnalının üz qabığında çəkilib.
Publika.az&source=gmail&ust=1654171081268000&usg=AOvVaw0oAB0tYVse7W6_LPWFO_f_" href="https://publika.az/adm782/az/pending-news/edit/Publika.az" target="_blank">Publika.az">Publika.az xarici mətbuata istinadən xəbər verir ki, birinci xanım jurnala müsahibəsində ərinin hər addımını dəstəklədiyini deyib. O, bildirib ki, Bayden prezidentliyə namizədliyini irəli sürərkən, çox işləməyə və universitetdə ingilis dilini öyrətməyə davam edib.
“Mən işləməyi sevən qadınam”, - birinci ledi özü haqqında danışarkən deyib.
ABŞ-ın birinci xanımı bildirib ki, birinci ərindən boşandıqdan sonra çətin günlər keçirib. O, ilk dəfə 18 yaşında evlənib və boşanma çox ağrılı olub: “Evlilik institutuna çox inanırdım. Odur ki, evliliyimin dağılması mənim üçün çətin oldu. Boşandıqdan sonra maddi problemlərlə üzləşdim. Qalmağa yerim və pulum yox idi. Həmin vaxt universitetə daxil olmaq üçün kursa getməyə başladım. Valideynlərim evə qayıtmağımı istəsə də, imtina etdim. Bu vəziyyət həyatımın sonrakı mərhələsini tamamilə dəyişdi. Anladım ki, bir daha heç kimdən maddi asıllığımın olmasını istəmirəm. Özümü bir daha pis vəziyyətdə qoymayacağıma qərar verdim. Bu barədə həmişə qızıma danışırdım, indi isə nəvələrini ruhlandırıram. Qızıma deyirdim ki, müstəqil yaşamağı öyrənməlisən, nəvələrimə isə deyirəm ki, gərək öz ayaqlarınızın üstündə dura biləsiniz”, - birinci ledi qeyd edib.
ABŞ-ın birinci xanımı ərini hər zaman dəstəkləməyə çalışdığından da danışıb: “Conu dəstəkləməyə çalışır və tez-tez “Əla idi, sadəcə möhtəşəm çıxış idi” sözlərini deyirəm. Onun üçün onun istədiyi insan olmağa çalışıram”.
Məlumat üçün bildirək ki, Co Bayden ilk həyat yoldaşını və kiçik qızını avtomobil qəzasında itirdikdən 5 il sonra 1977-ci ildə professor və ingilis dili müəllimi Cil Baydenlə evlənib. Baydenin iki oğlu sağ qalıb, lakin onlardan biri Baydenin seçki kampaniyasından əvvəl 2016-cı ildə xərçəngdən vəfat edib. Ondan sonra Bayden seçkilərdən kənara çəkilmişdi. 1981-ci ildə Co və Cin Baydenin Eşli adlı qızı dünyaya gəlib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































