Seksoloq xəyanəti bağışlayan qadınlara məsləhət verdi
Psixoterapevt, psixiatr və seksoloq Artem Tolokonin həyat yoldaşının xəyanətinə məruz qalan insanlara məsləhətlər verib.
Publika.az xəbər verir ki, ekspertin sözlərinə görə, zina münasibətlər üzərində işləmək üçün bir siqnal kimi qəbul edilməlidir. O, bu barədə Rusiya mətbuatına açıqlamasında danışıb.
“Mütəxəssislər öz təcrübələrində xəyanəti bağışlayan və birlikdə yaşamağa davam edən çoxlu cütlüklərlə rastlaşıblar. Burada vacib şərt etimadı bərpa etmək və birliyi qorumaq istəyidir. Həyat yoldaşlarının xəyanətini bağışlayanlar eyni zamanda qarşı tərəfin səhvini daim üzünə vurmamalıdır” , - seksoloq qeyd edib.
Nevroloq, psixoterapevt, seksoloq, bir neçə kitab və məqalələrin müəllifi Natalya Tereşenko isə kişilərin spirtli içkinin təsiri altında aldadılmasının səbəbini açıqlayıb. Seksoloqun fikrincə, kişilərdə oksitosinlə yanaşı, vazopressin sədaqət “hormonlarıdır”. Lakin spirtli içkilərin istifadəsi ilə onların istehsalı azalır: “Alkoqol zinaya təkan verə bilər, vazopressin azaldığı üçün bağlanmanı qoruya bilmir. Yeni sevgilinizlə isti münasibət qurmaq və ya mövcud olanları gücləndirmək istəyirsinizsə, bunu ayıq şəkildə etmək yaxşıdır” .
O, həmçinin qeyd edib ki, alkoqolun qadınlara belə təsiri aşkar edilməyib, çünki onlarda bağlanmağa yalnız oksitosin təsir edir.
Eskpetlərin rəyləri oxucuları arasında böyük müzakirələrə səbəb olub.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir



































