Əks cins üçün ən cəlbedici göz rəngi
İngiltərədə onlayn kontakt linzaların pərakəndə satışını həyata keçirən “Lenstore” şirkətinin apardığı son araşdırmaya görə, göz rəngi başqalarının sizi necə qəbul etməsində böyük rol oynayır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatda mütəxəssislər bir kişi və bir qadının fotolarından istifadə ediblər. Daha sonra fotodakı modellərin göz rəngi xüsusi proqram vasitəsilə dəyişdirilib. Nəticədə fotolar üç tanışlıq proqramında yerləşdirilib.
Mavi gözlü oğlanların şansı digərlərindən yüksək olub: göz rəngi potensial namizədlər üçün cəlbedici qiymətləndirilib. Qonur 21,97% səslə ikinci ən populyar rəngdir. Yeri gəlmişkən, alimlər aydınlaşdırıblar ki, qonur gözlər mavilərnən müqayisədə insana daha çox inam hissi verir. Bunun ardınca yaşıl, açıq qəhvəyi və qara rənglər gəlir.
Qeyri-təbii göz rəngləri cəlbedicilik reytinqində qadınlardan ən aşağı balı alıb.
Maraqlıdır ki, qadınlarda ən cazibədar göz çalarlarının nəticələri kişilərə görə fərqlənir. Beləliklə, kişilər üçün qonur gözlü qadınlar daha cəlbedici hesab olunur. Qonur gözlü qadınlar kişilərdən 20,19% səs toplaya bilib.
Səs faizinə görə, ikinci yerdə bənövşəyi çaları gəlir. Qadınlardan fərlqi olaraq kişilər bu göz rəngini daha çox bəyənib. Cəlbedicilik təsirinə görə, qara, mavi, ceviz və yaşıl göz rəngləri geridə qalıb.
Qəhvəyi göz rənginin cəlbediciliyi aydındır. Bu, dünya əhalisinin 70-79%-ni əhatə edən, ən çox yayılmış göz rəngi hesab olunur. Mavi rəng ikinci yeri tutur və planetdəki insanların təxminən 8-9% -ində rast gəlinir. Qoz və kəhrəba çaları isə insanların yalnız 5%-də rast gəlinir. Ən az yayılmış ton yaşıldır, bu göz rəngi dünya əhalisinin yalnız 2% -ində müşahidə olunur.
Münasibətlər üzrə ekspert Ness Kuperin fikrincə, mavi gözlü partnyorlara üstünlük verənlərin uşaqlıqda belə bir insanla xoş xatirələrinin olma ehtimalı daha yüksəkdir. Buna görə də, onlar namizəd axtararkən keçmişdəki xoş duyğuları sevinc hissiylə xatırlayırlar.
Populyar mədəniyyət bizim gözəllik və cəlbedicilik anlayışımıza güclü təsir göstərir. Müəyyən gözəllik standartlarına köklənən gözləntilər digər insanları qiymətləndirməmizdə rol oynayır. Böyük Britaniyadakı Okean Bərpa Mərkəzinin psixiatrı, tibb elmləri doktoru Aleksandr Lapa hesab edir ki, gələcək namizədlərdə görməyə arzu etdiyimiz üstünlüklər cəmiyyət tərəfindən bəyənilən standartlarla əvəz olunur. İnternetin və sosial şəbəkələrin sürətli inkişafı bu tendensiyanı daha da gücləndirib.
Yuxarıdakı ingilis araşdırmasının nəticələrindən göründüyü kimi, müxtəlif cinsin nümayəndələri insanlarda eyni göz rənginin cəlbediciliyini fərqli qiymətləndirirlər. Əlbəttə, bizi bir insana yönəldən meyarlar çox fərdi və həmişə ictimai təsirlə müəyyən edilmir. Ancaq göz rəngi insanın yalnız ilk təəssüratını təyin edən bir meyardır. Onun daxili dünyasının zənginliyi və fərdi xüsusiyyətləri hələ də həyat yoldaşı seçimində ən vacib amillərdir. Məhz ifadəli gözlər insanda ilk təəssürat yaratmağa, onun əhvalını, xarakterini və sizə münasibətini başa düşməyə kömək edir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




















.webp)













.jpg)


