"Formula 1" uşaqlar üçün xüsusi zona hazırladı
Bizi izləyin

"Formula 1" uşaqlar üçün xüsusi zona hazırladı

"Formula 1" fanatları nəhayət ki, tribunalara qayıdır. Məlum olduğu kimi, məşhur avtoidman yarışı pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, ötən il isə azarkeşlərin canlı iştirakı olmadan baş tutmuşdu. Sürət azarkeşlərinin səbirsizliklə gözlədiyi "Formula 1" Azərbaycan Qran Prisinin həyəcanını birbaşa tribunadan yaşamaq mümkün olacaq.

Bu barədə Publika.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Hər il olduğu kimi, bu il də bilet sahibləri Dənizkənarı Milli Park ərazisində əyləncə proqramlarına qatıla biləcəklər. Balaca azarkeşlər də darıxmayacaq. Uşaqlar və yeniyetmələr üçün xüsusi ayrılmış “Game Park” onların ürəyincə olacaq.

" "Kids Zone"a kiçik ekskursiya edək. "Upside Down" illüziya otağında hər şeyi tərsinə və fərqli görməyə hazırsınızmı? Əgər övladınız optik illüziyanın pərəstişkarıdırsa, heç vaxt tərk etmək istəməyəcəyi bir məkan onu gözləyir. Bu otaqda hər şey adət etdiyimizdən fərqlidir və anlaşılmaz şəkildə yerləşdirilib.

Əgər övladınızı bir anlıq ətrafınızda tapa bilməsəniz, çox güman ki, divara dırmanıb. Dağa dırmanma bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün hazırladığımız "Climbing Wall" dırnmanma divarının ən aktiv məkanlarımızdan biri olacağına inanırıq. Burada uşaqlar öz iradələrini və qol güclərini sınaya biləcək.

Bu hələ harasıdır! "Helmet Bouncy Castle" uşaqların əylənə biləcəyi, valideynlərin isə rahatlıqla istirahət edəcəyi növbəti möhtəşəm yerdir. Balacalar dəbilqə formasında hazırlanan batutlarda doyunca hoppana, yorulana kimi tullana biləcəklər.

Yeni dostlar qazanmaq, idman etmək, fərdi şəkildə yarışmaq istəyənlər isə "Trampoline"i sınaqdan keçirməlidir. Açıq hava şəraitində quraşdırılan bu əyləncə məkanında yorulmaq mümkün deyil.

Övladları ilə bir yerdə yaddaqalan vaxt keçirmək istəyən valideynləri də unutmadıq. Bulvar ərazisində, "Have a ride" - "Formula 1" yarış halqasının kiçik ölçüdə quraşdırılmış hissəsində həm balacalar, həm də böyüklər nə qədər sürət həvəskarı olduqlarını sınamaqla yanaşı, bunu hiss edə biləcək.

Gəlin bir az da sizi düşündürək. "Roll it" - installasiya edilmiş interaktiv konstruksiyanı düzgün formada yığa bilən həvəskarları dəvət edirik. Ancaq bu, sizin adət etdiyinizdən bir qədər fərqlidir. Bir neçə hissəyə bölünən şəkilləri, xarakterləri düzgün yığmaq üçün “kubik rubik”i fırlatmağınız lazım olacaq. Əminik ki, bu düşündürücü əyləncədən zövq alacaqsınız".

Qeyd edək ki, 10-12 iyun tarixlərində davam edəcək "Formula 1" Azərbaycan Qran Prisi üçün hazırlıqlar bütün sürətilə davam edir. Nəfəskəsən yarışı izləməyə sayılı günlər qalıb, bilet almağa tələsin! Daha ətraflı məlumatı https://www.bakucitycircuit.com/ rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm