Formula 1 Azərbaycan Qran Prisi yenidən dünyanın gündəmində
Paytaxtımız altıncı dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi etdi.
Publika.az xəbər verir ki, avtoidmanın zirvəsi hesab olunan Formula 1 yarışlarını işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist paytaxta səfər edir. Qlobal televiziya izləyicisi 1.55 milyard olan Formula 1 yarışlarını ESPN, Sky Sports, Motorsport, Autosport kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.
Təkcə yarış həftəsonunda Bakı yarışı barədə xarici mediada yayımlanan xəbər sayı 20 minə çatıb.
Ənənəvi media ilə yanaşı, Azərbaycan Qran Prisi sosial mediada da gündəmdə olub. Təkcə Formula 1-in Youtube kanalında Bakı yarışı haqqında video izləyicisinin sayı artıq 6 milyonu keçib. Tvitterdə isə yarış zamanı #AzerbaijanGP həştəqinin 128 milyon görüntüsü olub.
Hər dəfə gözlənilməz anlarla zəngin olan Azərbaycan Qran Prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. ESPN-in verdiyi məlumata əsasən, ötən il 2021 Formula 1 Azərbaycan Qran Prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı (1.04 milyon izləyici ilə) adına layiq görülərək həmin ilin Monako Qran Prisinin rekord izləyici sayını üstələyib.
Bundan başqa, Bakı yarışı ABŞ-ın məşhur onlayn platforması Netflix-də yayımlanan “Drive to survive” serialında dörd mövsümdür ki, yayımlanır. Beşinci mövsümün üçün çəkilişi üçün yaradıcı qrup Bakı yarışını lentə aldı. Qeyd edək ki, bu platformanın qlobal olaraq 221.64 milyon abunəçisi var.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































