Azərbaycanın ən kiçik Ferrari fanatının arzusu gerçəkləşdi - VİDEO
Paytaxtımızda keçirilən "Formula 1" Azərbaycan Qran Prisi artıq altıncı ildir ki, xarici və yerli azarkeşlərin diqqət mərkəzindədir.
Publika.az xəbər verir ki, hər il minlərlə azarkeş sevimli komandalarına dəstək olmaq və mövsümün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışının həyəcanını birbaşa yaşamaq üçün buraya səfər edir.
Bu il isə onların arasında Azərbaycanın ən balaca "Formula 1" fanatı var. 8 yaşlı Rafət ailəsi ilə birlikdə Saatlıda yaşayır və dostlarının arasında Ferrari komandasının pilotu Şarl Leklerin fanatı kimi tanınır.
Leklerin iştirak etdiyi heç bir yarışı qaçırmayan balaca Rafət hətta o yarışları şərh edir. Bugün nəhayət ki, son üç gün ərzində yarışı canlı izləyən Rafətin ən böyük arzusu gerçəkləşib. O, Şarl Lekler ilə görüşüb və öz kumiri olan Ferrari pilotu ilə şəkillər çəkdirib.
Ölkəmizdə kiçik yaşlarından "Formula 1" yarışlarının izləyicilərinin artması çox sevindiricidir.
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi





























.jpg)










