Azərbaycanlı xanım marşallar “Sky Sports”-un canlı efirində
Böyük Britaniyanın dünyaca məşhur “Sky Sports” televiziya kanalı azərbaycanlı xanım azarkeşlərdən bəhs edən canlı reportaj hazırlayıb.
Publika.az">Publika.az xəbər verir ki, ilk dəfə olaraq tam heyəti qadın marşallardan (avto-yarışlarda xüsusi yardımçı qruplar) ibarət post Bakı halqasını Formula 1 çempionatında növbəti dəfə fərqləndirdi. Adətən kişi marşalların üstünlük təşkil etdiyi Qran-Prilərdən fərqli olaraq Bakı trekində xanım marşalların sayca çoxluğu və xüsusi fəallığı “Sky Sports”un diqqətindən yayınmayıb.
Bakı Şəhər Halqasının 16-cı döngəsində xanımlardan müsahibə alan britaniyalı aparıcı Kreq Sleyter təəssüratını bölüşüb: “Azərbaycanlı xanımların avtoidmana olan həvəsi və təşəbbüsü məni həqiqətən heyrətləndirdi”.
Xanım marşallar öz karyeralarında uğurlu olmaqla barəbər, marşal kimi öz vəzifələrinin öhdəsindən gəlməyi və yarışı idarə etməyi də peşəkar şəkildə bacarırlar. Qeyd edək ki, bu ilki yarışa ümumilikdə 1400 marşal cəlb olunub.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































