“Küçədə tək yeriyə bilmirəm, tanımadığım insanlar...” - Modelin ETİRAFI - FOTO
Model biznesi Azərbaycanda yüksək inkişaf etməsə də, cəmiyyətin modellərə münasibəti dəyişməsə də, ölkəmizdə tez-tez model və gözəllik yarışlarının keçirilməsi davam edir.
Bir neçə həftə əvvəl “Miss & Mister Top Model” müsabiqəsinin qalibi olmuş Aysel Əlizadə bu yolda qarşılaşdığı maneələrdən danışıb.
Publika.az müsabiqənin qalibi ilə müsahibəni təqdim edir:
- Aysel xanım, əvvəlcə sizi yaxından tanıyaq.
- 23 yaşım var, 2015-ci ildə orta məktəbi bitirib, İqtisad Universitetinə qəbul olmuşam və Biznes və menecment fakültəsi üzrə təhsil almışam. Daha sonra kod akademiyasının 6 aylıq təhsil proqramında qrafik dizaynerliyi öyrənmişəm. 3 aydır ki, evliyəm.
- Nə zaman qərar verdiniz ki, özünüzü model kimi sınamaq istəyirsiniz?
- Həm məktəbdə, həm də ətrafda bütün yaşıdlarımdan hündür olduğum üçün uşaqlıqda həmişə yaxınlarım deyirdi ki, səndən gözəl model olar. Elə “Modelka” deyə çağırırdılar. Bu sözlər yavaş-yavaş beynimə oturdu, ürəyimə yol tapdı. Anam hündürdaban ayaqqabı geyinmirdi, demək olar ki, belə ayaqqabısı yox idi. Xalamın isə cürbəcür hündürdabanları vardı. Qırmızı bir ayaqqabısı ayağıma böyük olsa da, geyinib güzgünün qarşısında özümə tamaşa etməyi xoşlayırdım. Təsəvvürümdə özümü model kimi canlandırırdım. Əslində modelliklə bağlı ciddi planlarım yox idi, sadəcə içimdən gələni edirdim. Zaman keçdi, böyüdüm və xalam həmin qırmızı ayaqqabıları mənə hədiyyə etdi. Onları indiyə qədər saxlamışam, mənə uşaqlıq xəyallarımı xatırladırlar.
- Bu yaxınlarda keçirilən gözəllik müsabiqəsinin qalibi olmusunuz. Gözləyirdinizmi bunu? Ümumiyyətlə, hansı xüsusiyyətlərinizə görə qalib gəldiniz?
- Əli Rzayevin təşkil etdiyi yarışmaya qatılmışdım, orda üç aylıq hazırlıqdan sonra final yarışı oldu. Finalda birinci yerə layiq görüldüm. Münfislərdən “Niyə məni seçdiniz” - sualının cavabını soruşdum. Cavab verdilər ki, modellik sadəcə hündürboy və arıq bədən ölçüləri tələb etmir. Model həm də duruşu ilə inam və güvən yaymalıdır. Sualıma belə cavab verdilər: “Müsabiqə boyu özgüvən səni tərk etmədi, podiumu özünə inanaraq yeriyirdin, pozitiv enerjini üzündən bizə də yansıdırdın və biz səndə o işığı gördük”.
Orda məndən də hündür və arıq qızlar var idi, ola bilsin modelliyi ruhən mənim qədər dərindən yaşamayıblar. Model örnək olmalıdır, həm sərbəst və azad qadın olduğunu ətrafdakılara göstərməlisən, həm də özünə güvənərək addımlaya bilməlisən.
- Gözəllik müsabiqəsinin qalibləri sosial şəbəkədə tez-tez müzakirələrə səbəb olur. Hərdən ictimaiyyətin fikri ilə münsiflərin qərarı üst-üstə düşmür. Sizcə, modellik standartlarına tam cavab verirsiniz?
- Azərbaycan daxilində keçirilən çox yarışları izləmişəm. Düzdür, bəzən qaliblər qəbul olunmur. Çoxu düşünür ki, seçim ədalətsiz olub. Seçimin nə dərəcədə düzgün olduğunu deyə bilmərəm, çünki həmin yarışların içində olmamışam. Mənim iştirak etdiyim müsabiqə çox ədalətli oldu, haqqımda heç bir artıq-əskik söz deyilmədi, mənfi rəy yazılmadı.
Dünya standartlarına gəldikdə, model olmaq üçün zahiri gözəllik vacib sayılmır. Baxış və mimikalarınla ətrafdakılara hiss etdirmlisən ki, modelsən. Boy isə minimum 169 olmalı və çəki və boy bir-birini tamamlamalıdır. Həddən artıq hündür və arıq qızlar model kimi yox, sadəcə zəif görünür. İdmanla məşğul olmalısan ki, güclü və əzələli bədənə sahib olasan. Güclü addımlarınla şux yerişi göstərə bilməlisən. Modellik standartlarına uyğun gəlirəm, boyum 175, çəkim 59-dur. Bir qədər arıqlamağı düşünürəm, yaş artdıqca həzm prosesi yavaşlayır və insan kökəlməyə meylli olur. Sağlam qidalanıram, ağır yeməklər nadir hallarda yeyirəm, eyni zamanda idmanla çox məşğul oluram.
- Gözəlliyiniz sizin üçün nə zaman problemə çevrilir?
- Axşam vaxtları şəhərdə tək yeriyə bilmirəm. Hündür ayaqqabıda asta-asta yeriyəndə tanımadığım insanlar yaxınlaşmaq istəyirlər, amma loru dildə desək, yaxşı niyyətlə yox. Əlbəttə ki, bu da məni qorxudur, onda ayaqqablarımı əlimə alıb qaçmağım gəlir...
- Həyat yoldaşınız model karyeranızı dəstəkləyir.
- Anlayış göstərir, lakin instaqramda yazanlar çox olur, çəkilişlərə dəvət edirlər, bu da yoldaşımda qısqanclıq hisslərini qıcıqlandıra bilir. Tez-tez çəkilişlərdə olmağım onu narahat edir. Ona görə seçməyə çalışıram, yalnız məsuliyyətli və peşəkar insanlarla işləyirəm.
- Gələcək planlarınız və arzularınızı eşidək.
- Xarici model agentlikləri ilə çalışmaq istəyirəm, eyni zamanda qrafik veb-dizayner kimi çalışmağı da planlaşdırıram. Ən böyük arzularımdan biri də İspaniyada yaşamaqdır.
-
ABŞ08:12
Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA
-
ABŞ08:00
ABŞ-da 4 yaşlı uşaq dayanacaqda GÜLLƏLƏNDİ - Anası öldürüb?
-
Region07:47
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...