ABŞ
Trampın SON ÇARƏSİ - Ağ Evdə kritik YEMƏK MƏRASİMİ
ABŞ prezidenti Donald Tramp Ağ Evdə, adətən, böyük dövlətlərin liderləri üçün təşkil edilən dövlət yeməyini bu dəfə ölkənin 100 önəmli yevangelist (xristianlığı yayan şəxslər) lideri və həyat yoldaşları üçün verib.
Publika.az xəbər verir ki, daxili siyasətdə küncə sıxışmış formada qalan Tramp onu əhatə edən çətinliklərdən qurtulmaq üçün istiqamət kimi gördüyü yevangelistlərə qurtuluş açarı kimi münasibət bəsləyir.
Adətən, Trampın bu cür mərasimlərinə qatılmayan həyat yoldaşı Melaniya Tramp da bu dövlət yeməyində iştirak edib. Bu da ABŞ prezidentinin bu görüşə nə qədər əhəmiyyət verməsini gözlər önünə sərib. Hətta Trampın kabinetinin üçdə biri də yeməkdə iştirak edib. Yemək mərasiminin rəsmi səbəbi olaraq isə dövlətin dindarların ictimai həyata verdiyi faydalarına görə təşəkkür məqsədi daşıdığı bildirilib.
Lakin mərasim Trampı əhatə edən problemlərdən və yaxınlaşan erkən seçkilərdə Konqresdə üstünlüyü demokratlara vermək qorxusundan qurtulmaq üçün son çarə kimi dəyərləndirilib. Bütün bu rəsmi mərasimlərin fonunda prezidentin hər həftə müəyyən edilmiş bir gündə Mayk Pens, dövlət katibi Mayk Pompeo, ədliyyə naziri Cef Sessions və təhsil naziri Betsi Devosun qatıldığı, yevangelist bir din adamının idarə etdiyi dua seansları keçirməsi Vaşinqtonda gündəm olub.
Bu hadisələr Türkiyədə həbsdə saxlanılan və ABŞ-la böhrana səbəb olan rahib Endryu Bransonun ölkəsinə geri qayıtmaq məsələsinin gündəmdən düşməyəcəyini işarə verir. Çünki Donald Tramp rasional şəkildə düşünüb problemlərə həll yolu axtarmır. Təşkil etdiyi dini mərasimlərdə isə təbii ki, Endyu Bransonun məsələsi gündəmə gəlir və müzakirə edilir.
ABŞ-da aparılan bir ictimai anket sorğusuna görə, yevangelistlərin 41%-i siyasətindən razı olmasalar da, Trampı dəstəkləyirlər və buna davam edəcəklər.
Zümrüd
-
Dünya14:16Azərbaycanlıların öldüyü gəmini onlar vurub
-
Region13:45Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
-
Sosial13:27XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qarabağ 12:12Moskvadan Bakı və İrəvan siqnalı: Yeni “3+3” görüşünün yeri açıqlandı
-
Sosial11:56Hərbi xidmətdən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
-
Nida Xəbər 11:26Ukrayna dronla hücum etdi: Azərbaycanın 5 vətəndaşı həlak oldu
-
İdman11:12Xameneidən tələb edirlər: Buna icazə verir - Tehranda nə baş verir?
-
Dünya11:06Nazirin son günləri: Rusiyaya hücum çağırışı başına bəla oldu






































