ABŞ
Türkiyəyə növbəti “S-400” TƏHDİDİ
“Türkiyəyə “S-400” zenit-raket sisteminlərinə alternativ olaraq nə təklif edə biləcəyimiz mövzusunda Konqreslə müzakirələrimiz davam edir”.
Publika.az xəbər verir ki, bu haqda Rusiyanın “Sputnik” “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib.
“Noyabrın 9-da Konqresə Türkiyə ilə əməkdaşlığımıza dair hesabatı təqdim etdik. Hesabatda Türkiyə ilə əlaqələrimizə hərtərəfli baxılmasının vacib olduğu ifadə edilir. Türkiyə ilə “S-400”-ə alternativlər mövzusunda diplomatik danışıqlar aparırıq. Konqres isə “S-400”-lərə alternativ tapmağa kömək edir”, - o deyib.
Pentaqonun sözçüsü həmçinin, “S-400”-lərin alınması halında, Türkiyəni “ciddi nəticələr”lə təhdid edib.
Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya “S-400” zenit-raket kompleksləri üzrə kredit razılaşması imzalayıb. Ankara komplekslərin iki batareyasını alacaq. Tərəflər həmçinin, Türkiyədə “S-400”-lərin istehsalının inkişafında texnologiya əməkdaşlıq haqqında razılaşıb. ABŞ və NATO nümayəndələri bu sazişə görə Ankaranı dəfələrlə tənqid edib.
Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, “S-400” zenit-raket komplekslərinin quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.
“Komplekslərin quraşdırılması üzrə işlər 2019-cu ilin oktyabrında başlanacaq. İndi biz heyətin seçimi ilə məşğul oluruq. Seçilmiş heyət 2019-cu ilin əvvəlində Rusiyaya təlimə yola düşəcək, orada lazımı bilikləri alacaq, sonra geri qayıdaraq işə başlayacaq”, - Akar deyib.
Ömər
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO


























.jpg)







.jpg)

.jpg)