ABŞ
“Onlar dağıdıcı olacaq” - Tramp sərt oyun TƏKLİF ETDİ
ABŞ prezidenti Donald Tramp demokratları “Rusiya işi” üzrə xüsusi prokuror Robert Müllerin Amerika seçkilərinə Rusiya müdaxiləsi haqqında ikiillik araşdırmasına aid sənədləri məxfilikdən çıxartmaqla hədələyib.
Publika.az xəbər verir ki, Ağ Evin başçısı bu haqda “Nyu York Post” qəzetinə müsahibəsində bildirib.
Prezident bildirib ki, demokratlar onun administrasiyası barəsində yoxlamalara başlayarsa, Müllerin araşdırmasına aid olan sənədləri məxfilikdən çıxarda bilər.
“Əgər onlar prezidenti və onun administrasiyasını məhv etmək istəyirlərsə, mən onları əvvəllər heç kim vurmadığından daha güclü vuracağam”, - Tramp deyib.
Prezidentin sözlərinə görə, sənədlərin açılması Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd Hillari Klintonun seçki kampaniyası ilə FTB və ABŞ-ın Ədliyyə Nazirliyi arasındakı sözləşməni ifşa edəcək.
“Düşünürəm ki, bu, mənim kampaniyama kömək edəcək. Əgər onlar sərt oynamaq istəyirlərsə, mən də bunu edəcəyəm. Onlar görəcəklər ki, bu səhifələr nə qədər dağıdıcıdır”, - prezident bildirib.
Qeyd edək ki, Amerika seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırma həm xüsusi prokuror Robert Müller, həm də ABŞ Konqresi tərəfindən aparılır.
Ömər
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma





























.webp)








