ABŞ
ABŞ 1 dəqiqə ərzində MƏHV EDİLƏCƏK: Qodzilla kimi... - Nüvə zərbəsinin MODELİ - FOTO
Amerikanın “We are the mighty” internet nəşri “Borey” tipli sualtı kreyserindən nüvə döyüş başlıqlı raketlərlə ABŞ-a zərbənin modelini hazırlayıb.
Publika.az xəbər verir ki, jurnalistlərin hesablamalarına görə, bir sualtı gəmi, məsələn, “Yuri Dolqoruki” Amerika ordusu və donanmasına sarsıdıcı zərbə vurmaq üçün kifayət edir.
Nəşr fərz edib ki, raketlərin işə salınması üçün Rusiya sualtı qayığının ən yaxşı mövqeyi Meksika körfəzinin sularındadır. Uçuş məsafəsi 6000 mil olan “Bulava” raketləri ABŞ ərazisindəki bütün əhəmiyyətli hərbi və rabitə mərkəzlərini vura biləcək. Söhbət hər şeydən əvvəl, Pentaqonun binası, Corciya ştatının cənubunda yerləşən Kinqs-Bey hərbi-dəniz bazası və Missuri ştatındakı Uaytmen hərbi-hava bazasından gedir.
“Yırtıcı Meksika körfəzinin dərinliyindən Qodzilla (əfsanəvi yapon bədheybəti – red.) kimi yavaş-yavaş qalxır, amma daha dağıdıcı və öldürücü. Bu, rus sualtı gəmisi, 16 “Bulava” nüvə döyüş başlıqlı raketlə təchiz edilmiş “Yuri Dolqoruki” gəmisidir”, - Amerika jurnalistləri nüvə müharibəsinin başlanğıcını təsvir ediblər.
Onlar qeyd etdilər ki, ballistik raketlərdən hər biri 100-150 kiloton gücündə taktiki bomba daşımağa qadirdir ki, bu da Xirosimaya atılan atom bombasından təxminən 10 dəfə böyük dağıdıcı gücə malikdir. Həm də ütün raketlər bir dəqiqə ərzində buraxılacaq.
Nəşr hesab edir ki, Şayenn dağının içində yerləşdirilmiş NORAD (Şimali Amerikanın hava-kosmik müdafiəsi komandanlığı) qərargahı salamat qalacaq, amma qalan obyektlər, həmçinin ABŞ ordusunun Fort-Detrikdəki bakterioloji mərkəzi, Ford-Mid bazası, “'Kuantiko” ABŞ dəniz piyada qoşununun korpusunun bazası və başqaları məhv ediləcək. Mülki əhali arasında güman edilən itkinin yüz minlərlə insan olacağı bildirilir.
Qeyd edək ki, belə ssenarilər Amerika KİV-ində tez-tez ortaya çıxır. Məsələn, sentyabrda CNBC telekanalı dərc etdiyi məqaləsində iddia etmişdi ki, “Borey” tipli Rusiya atom sualtı qayıqları artıq 2024-cü ildə dəfedilməz zərbəylə ABŞ-ı məhv edə biləcək. Nəşrdə deyilir ki, ənənəvi ballistik raketlərdən fərqli olaraq “Bulava” 10 nüvə və hipersəsli döyüş blokuna qədər daşımağa qadirdir. Mart ayında Senatda çıxış edən Hərbi Hava Qüvvələrinin generalı Con Haytenin sözlərinə görə, ABŞ-da belə silahdan heç bir müdafiə yoxdur.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Corctaun Universitetinin professoru Mtyu Kroeniq “Amerika strategiyasının məntiqi: strateji üstünlük niyə əhəmiyyətlidir” kitabında Rusiyanın ABŞ-a nüvə zərbəsinin nəticələrinin modelini hazırlamışdı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
955 “Borey” layihəsinin strateji təyinatlı sualtı kreyserləri suyun altında sürətlə hərəkət edə, 450 metrə qədər dərinliyə enə bilir. Okean sularında qalma müddəti 90 gün, ekipaj 107 nəfərdir. Sualtı qayığın silahlanmasına altı 533 millimetrlik torpeda aparatı, torpedalar, torpedoraketlər, qanadlı raketlər, həmçinin 16 qitələrarası “Bulava” ballistik raketi və daşınabilən zenit-raket kompleksləri daxildir.
Ömər Dağlı
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı