ABŞ
ABŞ-dan Türkiyəyə TƏHDİD: Ağır nəticələri olacaq
ABŞ-ın Rusiyadan “S-400” zenit-raket sistemlərini alacağı halda, Vaşinqton ilə Ankara arasındakı əməkdaşlıq üçün əhəmiyyətli nəticələri olacağı barədə Türkiyəni xəbərdar edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Pentaqonun sözçüsü Erik Pahon bildirib.
“Türkiyənin hava hücumundan müdafiə sistemini gücləndirmək arzusunun fərqindəyik, ancaq Türkiyənin Rusiya istehsalı olan “S-400” sistemlərini alması ABŞ ilə Türkiyənin müdafiə sahəsində əməkdaşlığı üçün ağır nəticələr doğuracaq. Müdafiə ehtiyaclarının təmin olunması üçün Türkiyənin daha uyğun alternativlər tapmasına kömək etməyə çalışırıq, amma biz “S-400” sistemlərinin əldə edilməsinin ağır nəticələr verəcəyi barədə xəbərdar edirik”, - o deyib.
Qeyd edək ki, “S-400” zenit-raket kompleksləri ilə bağlı Rusiya və Türkiyə arasında başlanan razılaşma ABŞ və Türkiyə arasında gərginliyin əsas səbəblərdən biri kimi göstərilir. Vaşinqton Ankaranı dəfələrlə təhdid edib ki, Türkiyə “S-400” alarsa”, “Patriot” ala bilməyəcək, eyni zamanda, “F-35” proqramında iştirakı riskə girə, ABŞ-ın sanksiyalarına məruz qala bilər.
ABŞ Dövlət Departamenti 3,5 milyard dollar dəyərindəki “Patriot” sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da icazə verib. Ancaq ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasından imtina etməsini istəyir. Türkiyə isə Rusiya ilə razılaşdırılan “S-400” müqaviləsinin ləğv edilməsini “Patriot” satışında ilkin şərt kimi irəli sürülməsinə etiraz edir.
Bundan sonra “Anadolu” agentliyi bildirib ki, ABŞ-ın nümayəndə heyəti “Patriot”ların satışı üzrə təklifi Türkiyəyə təqdim edib.
Ötən ay NTV telekanalının efirində Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, “S-400” zenit-raket komplekslərindən imtina barədə şərt irəli sürülərsə, Türkiyə ABŞ-dan “Patriot” sistemləri almayacaq.
“Türkiyə gələcəkdə “Patriot” sistemlərini əldə edə bilər, amma bunu “S-400”lərdən imtina şərti irəli sürülməsi halında mümkün hesab etmir”, - Çavuşoğlu deyib.
Mövlud Çavuşoğlu bundan bir neçə gün sonra jurnalistlərə açıqlamasında deyib ki, ”S-400”lə bağlı açıqlamaya ehtiyac yoxdur.
“Bu, başa çatdırılmış bir müqavilədir, yalnız çatdırılma vaxtı müzakirə edilir”, - o bildirib.
Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Demir bu günlərdə söyləyib ki, “S-400” kompleksləri 2019-cu ilin oktyabrınadək quraşdırılacaq.
Ömər Dağlı
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma



















.jpg)










.webp)








