ABŞ
Rusiyanın real müdafiə xərcləri məlum oldu – SENSASİON İDDİA
Rusiya müdafiə xərcləri üzrə dünyada altıncı deyil, üçüncü yeri tutur.
Publika.az xəbər verir ki, bu haqda “Defense News” nəşrində amerikalı hərbi ekspert Maykl Koffman yazıb.
“Rusiyanın müdafiə xərcləri 61,4 milyard dolları bir neçə dəfə ötür və ölkənin hərbi büdcəsinin ölçüsü dünyada üçüncüdür. Bu, Avropa ölkələrinin əksəriyyətinin birlikdə götürülmüş hərbi xərclərindən çoxdur”, - mütəxəssis hesab edir.
Onun fikrincə, hesablamanı nominal qaydada deyil, alıcılıq qabiliyyətinin pariteti üzrə aparmaq lazımdır. Ekspert hesab edir ki, nəticədə Rusiyanın müdafiə xərcləri ildə 150-180 milyard dollar təşkil edəcək.
“Əgər rublun məzənnəsi dollar qarşısında 2014-cü ildə olduğu kimi 50 faiz düşürsə, bu, Rusiya iqtisadiyyatının il ərzində 50 faiz azaldığını göstərir? Xeyr”, - ekspert vurğulayıb.
Xatırladaq ki, Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun (SİPRİ) aprel ayında açıqladığı illik məruzəsində Rusiyanın müdafiə xərclərinə görə ilk beşlikdən kənarda qalaraq altıncı yerdə qərarlaşdığı qeyd edilmişdi. Məruzəyə görə, 2018-ci ildə Rusiyanın müdafiə büdcəsi 61,4 milyard dollar təşkil edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Dünya09:25Almaniyadan Türkiyə həmləsi: Etiraf etdilər ki...
-
Region08:50İran ABŞ-ın PUA-sını vurdu
-
Yaxın Şərq08:40İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum etdi
-
Hadisə08:30Ağdərədə mikroavtobus dərəyə aşdı - Çox sayda yaralı var
-
Sağlamlıq08:00Baş ağrısından xilas olmaq üçün İDEAL PƏHRİZ
-
İdman07:30Haalandın bu paylaşımı milyonlarla bəyənmə aldı
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
Magazin206:16Jurnalın üz qabığı üçün dərin dekolteli libasda poza verdi - FOTO































.jpg)






