ABŞ
Bakıda generalın yaxın qohumunun qətli ilə bağlı ƏMƏLİYYAT – 3 NƏFƏR HƏBS EDİLDİ
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər tutulub.
Publika.az xəbər verir ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.
Araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən F.Məmmədzadə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Ramiz Zeynalovun qaynı oğludur. F.Məmmədzadə Yasamal rayonu ərazisində avtomobillə hərəkətdə olarkən həmin şəxslərlə yol vermək üstündə münaqişə yaranıb. Nəticədə baş verən dava-dalaş zamanı həmin şəxslər generalın qaynı oğlunu bıçaqlayaraq öldürüblər.
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın























.jpg)













