ABŞ
Putin "Əl-Qaidə"nin ABŞ-a hücum edəcəyini bilirdi - Buşa edilən zəngin ŞOK DETALLARI ÜZƏ ÇIXDI
11 sentyabr 2001-ci terror aktlarından iki gün əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşa xəbərdarlıq edib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda yeni kitabında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə əsas analitiki olmuş Corc Bibi yazıb.

O iddia edir ki, Putin Rusiya kəşfiyyatının yaxınlaşan terror kampaniyasının əlamətlərini aşkar etdiyi barədə həmkarını xəbərdar etmək üçün hücumlardan iki gün əvvəl zəng vurub. Kitabın müəllifi həmçinin xatırladıb ki, Putin başsağlığını ifadə etmək üçün Ağ Evə ilk zəng edən xarici liderlərdən olub.
2017-ci ildə Vladimir Putin Amerika rejissoru Oliverə Stouna müsahibəsində terror aktlarında ABŞ xüsusi xidmət orqanlarının iştirakı haqqında versiyanı şərh edib.
“Mən inanmıram ki, Amerika kəşfiyyat xidmətləri terror aktlarının təşkilatçısı idi”, - Rusiya dövlətinin başçısı deyib.
Xatırladaq ki, "Əl-Qaidə"nin törətdiyi terror aktları nəticəsində təxminən 3 min insan həlak olub, 6 mindən çoxu yaralanıb.
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı






































