ABŞ
ABŞ-dan sürpriz addım: Rusiya ilə bağlı gözlənilməz qərar açıqlandı
ABŞ Maliyyə Nazirliyi Rusiyaya hərbi avadanlıq satan bəzi şirkətləri sanksiya siyahısından çıxarıb. Bura müdafiə sektorundakı şirkətlər də daxildir.
Publika.az xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.
Bildirilib ki, bu şirkətlər arasında "Kipr Veles International Limited" və onun sahibi Dmitri Buqayenko da var. Bu, Moskvada yerləşən investisiya şirkətinin törəmə müəssisəsidir. Lakin təşkilatın Moskvada yerləşən hüquqi şəxsləri sanksiyalar altında qalır.
Bundan əlavə, ABŞ Dubayda yerləşən "365 Days Freight Services FZCO" və Türkiyənin "Etasis" şirkətlərinə tətbiq edilən sanksiyaları ləğv edib. Bu şirkətlər Rusiyaya hərbi-sənaye kompleksində istifadə üçün sanksiya altında olan avadanlıqlar ixrac edirdilər.
Həmçinin Finlandiyanın "Hi-Tech Koneisto" şirkəti və onun baş meneceri, Finlandiya vətəndaşı Yevqeni Dremov üçün də məhdudiyyətlər aradan qaldırılıb. Onlar sanksiyalar altında olan Rusiya şirkətlərinə optoelektronika və laboratoriya avadanlıqları təchiz edirdilər.
Qeyd edək ki, ABŞ hazırda bu qərarın səbəblərini açıqlamır. Bundan əlavə, Vaşinqtonun bu vasitəçilərdən məhsulların son alıcıları olan Rusiya şirkətlərinə qarşı siyasətini dəyişib-dəyişdirməyəcəyi məlum deyil.
Adəm
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək





































