ABŞ
Harvarddan QORXUNC ARAŞDIRMA: pandemiya 2025-ə qədər davam edəcək
Koronavirusa qarşı heç bir peyvənd tapılmasa və virus öz davranış formasını dəyişdirməsə, pandemiya 2025-ci ilə qədər eniş-çıxışlarla davam edə bilər.
Publika.az xəbər verir ki, bu ehtimal Harvard Universitetinin araşdırması nəticəsində məlum olub.
Türkiyənin daxili xəstəliklər və hemotologiya mütəxəssisi, professor Mustafa Çetinerin sözlərinə görə, böyük ehtimalla sosial həyata keçid edəndə xəstəliyin qrafikası yüksəlişə doğru gedəcək və dalğalanma olacaq: “Hazırda məhdudlaşdırıcı tədbirlər əhəmiyyətli dərəcədə faydalıdır. Bu tədbirlər sayəsində ABŞ-da olduğu kimi xəstəlik hər kəsə yayılmır və səhiyyə sistemi yüklənmir. Əhəmiyyətli olan hər kəsin eyni anda xəstələnməməsidir. Harvard Universitetinin araşdırmaları 2025-ci ilə qədər pandemiyanın davam edəcəyini ehtimal edir. Yeni peyvənd tapmaq zaman tələb edir. Biz isə bir anda dünyanı dəyişdirəcək müdhiş tapıntını gözləməyək”.
COVID-19-un laboratoriyadan sızmış ola biləcəyinə diqqət çəkən professor bunları deyib: “Uhandakı dəniz məhsulları bazarı ilə virusun üzərində işlənildiyi laboratoriya çox yaxındır. Bu laboratoriyanın koronavirus ailəsi üzərində işlədiyini bilirik. 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin dövrün ABŞ prezidentinə təqdim etdiyi hesabatda laboratoriyanın lazımi tədbirlər görmədiyi, diqqətsiz şəkildə işləndiyi iddiaları yer alıb. Virusla işləyərkən lazımi tədbirlər görülmədiyi üçün Çernobıl faciəsi kimi partlayış yaşana və insandan insana keçməklə pandemiyaya çevrilmiş ola bilər”.
Zümrüd
-
Nida Xəbər 11:54Baş nazir qərar imzaladı
-
Hadisə11:20Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən qəzanın təfərrüatı: Məclisə gedirmişlər - Foto/Yeniləndi
-
Dünya11:14HƏMAS-ın silahsızlaşdırılmasına start verilir: Kuşnerdən 30 günlük vaxt
-
ABŞ10:31Trampı dayandırmaq üçün hərəkətə keçdilər: ABŞ Senatında bomba qalmaqalı
-
Dünya10:17Rusiya-Ukrayna müharibəsinin böyük qazananı: Bu ölkə milyardlar əldə etdi
-
MDB09:21Moskva gecə boyu PUA hücumuna məruz qaldı - Böyük dağıntı, yaralılar var
-
Magazin209:00Tupak Şakurun qətlinin sirri 30 il sonra açılır - Məhkəmə başladı
-
Nəqliyyat08:24Bu rayonlardan Bakıya gələnlərə pis xəbər - Yeni qadağa gündəmdə











.jpg)



.jpg)









.jpg)











