ABŞ
Bill Qeyts şeytan rəqəmli cihazı insan bədəninə yerləşdirəcək - İNANILMAZ SİRLƏR
Koronavirus pandemiyasından sonra yeni dünya sisteminə keçidlə bağlı çox danışılır. Ortaya atılan iddialar nə qədər sui-qəsd nəzəriyyəsinin məhsulu kimi görünsə də, diqqətçəkən bəzi məqamlar da var. Xüsusilə bütün insanların virusdan qorunmaq adı altında çiplənməsi, yeni dünyada izlənilməsi, hərəkətlərinə yön verilməsi və digər fikirlər təsadüfən peyda olmur. Bu günlərdə hər kəsin diqqəti “Microsoft”un qurucusu Bill Qeytsin üzərindədir. Qeyts bu iddiaları təkzib edir, amma demək olar ki, hər gün yeni versiyalar, iddialar ortaya çıxır.
Publika.az bununla bağlı iddialardan birini təqdim edir.
“Microsoft” şirkəti WOWO2020060606 nömrəli yeni patent əldə edib. Bu, “bədən fəaliyyətinin əməkdaşlıq sistemi”dir və patent insanın fiziki fəaliyyətini izləyən, yaxud müxtəlif sensorlardan istifadə edərək, müəyyən tapşırıqlara reaksiya verən cihaz yaratmağa imkan verir.
Burada WO “World Order” (Dünya nizamı) deməkdir, 2020-ci il başlanğıc tarixi kimi göstərilir, 060606 isə patentin nömrəsidir və “Patent 666” olaraq qəbul olunur.
“Patentscope”da bununla bağlı ətraflı məlumat qeyd olunur.
Ən çox müzakirəyə səbəb olan amil patentə 666 nömrəsinin verilməsidir. Bu rəqəmlə bağlı müxtəlif mifologiya mövcuddur, bəzi versiyalara görə şeytanın rəqəmi, digərlərinə görə isə dünyanın sonunun gəldiyinə işarədir. 2 min il öncə Həvariyun İoanna “Apokalipsis” əsərində yazırdı: “Kimin əqli varsa, Heyvanın rəqəmini hesablayıb dünyanın sonuna az qalmış gələcək Antixristin adını onunla öyrənə bilər. O rəqəmsə insanidir və altı yüz altmış altıya bərabərdir...”.
Belə versiyalar çoxdur və tarix boyu 666 rəqəminə bəşəriyyətin mistik yanaşması mövcud olub.
Bu baxımdan, dünyanı alt-üst edən koronavirusun yayılması, ardınca insanlara çiplərin taxılacağı haqda iddiaların gündəmə gəlməsi və bütün oxların tuşlandığı Bill Qeytsin şirkətinin “insan bədənini idarə etməyə imkan verəcək cihazın yaradılması” məqsədilə 666 rəqəmli patent alması nə qədər konspriloji görünsə də, şübhələrə yol açır.
Asif
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq

















.jpg)



















