ABŞ
Harvard Çinin pandemiya ilə bağlı sirlərini peykdən ortaya çıxardı - ŞOK FOTOARAŞDIRMA
Yeni tip koronavirus Çində 2019-cu ilin dekabr ayından daha əvvəl yayılmış ola bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Harvard Universiteti araşdırma aparıb.
Fərqli illərdə çəkilmiş peyk görüntülərini analiz edən araşdırmaçılar ötən ilin payız ayında Uhan şəhərindəki xəstəxanaların qarajlarında əvvəlki ilə nisbətən böyük artım yaşandığını və bunun koronavirusla bağlılığı ola biləcəyi ehtimalını səsləndirib.
Araşdırmanın rəhbəri, Boston Pediatriya Xəstəxanasının İnnovasiya sədri Con Braunşteyn məsələ ilə bağlı bu sözləri deyib: “Oktyabr ayında nəsə oldu. Açığı, Uhanda koronavirus pandemiyasının başlanğıcı söyləniləndən daha əvvəl vaxtda ali səviyyədə sosial iflas yaşanıb. 2019-cu ilin yayının sonunda kütləvi hərəkətlilik olub. Həmin dövrdə aparılan tibbi sorğuların nəticəsi daha sonra koronavirusun simptomları ilə əlaqələndirilib”.
Dünyanın ətrafında fırlanan xüsusi peyklər tərəfindən çəkilmiş 350-yə yaxın foto üzərində araşdırma aparan komanda görüntülərin Uhanda açıq şəkildə böhran yaşandığını ortaya qoyduğunu ifadə edib. Araşdırmada 2018-ci ildə Uhanın Tianyou xəstəxanasının qarajında 171 avtomobilin olduğu, eyni yerdə 1 il sonra 67% artım yaşandığı və bu rəqəmin 285-ə çatdığı müşahidə edilib. Digər xəstəxanalarda hətta əvvəlki illərlə müqayisədə 90% artım yaşandığı bildirilib. Eyni zaman müddətində Çində internetdə aparılan axtarışlar zamanı ən çox işlənən sözlərdən ikisi koronavirusun əsas simptomlarından olan “öskürək” və “ishal” olub.
Xatırladaq ki, Çin Ümumdünya Səhiyyə Təşkilatına pandemiyanın başlanğıc tarixini 31 dekabr 2019-cu il olaraq verib.
Zümrüd
-
Rəsmi xronika23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür






.jpg)






























